Təbrik edirik
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə
bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan
Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə dövlət
qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu medallarla təltif
olunublar. Qazax
Rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
İsmayılov İlyaz Hümbət oğlu da "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Onu bu münasibətlə təbrik
edir, müstəqil Azərbaycanın çiçəklənməsi naminə daha səmərəli fəaliyyət
arzulayırıq. Respublika Prezidenti İlham
Əliyevə dövlət qulluqçularının, o cümlədən də Qazax Rayon İcra Hakimiyyəti
əməkdaşının fəaliyyətinə, əməyinə verdiyi yüksək qiymət və dəyərə görə
ziyalılar adından minnətdarlığımızı bildiririk. GOYEZEN.AZ
Facebook-da paylaş