Əsas Səhifə > Rəsmi > Təbrik edirik

Təbrik edirik


23-06-2021, 15:52


23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu medallarla təltif olunublar.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsmayılov İlyaz Hümbət oğlu da "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Onu bu münasibətlə təbrik edir, müstəqil Azərbaycanın çiçəklənməsi naminə daha səmərəli fəaliyyət arzulayırıq.

Respublika Prezidenti İlham Əliyevə dövlət qulluqçularının, o cümlədən də Qazax Rayon İcra Hakimiyyəti əməkdaşının fəaliyyətinə, əməyinə verdiyi yüksək qiymət və dəyərə görə ziyalılar adından minnətdarlığımızı bildiririk.

GOYEZEN.AZ


Geri qayıt