Qazaxlı ziyalıların əməyinə verilən qiymətə görə ölkə başçısına minnətdarıq
İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olundu. Mətbuat
sahəsində çalışan insanlar 145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli
ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində
nəşr olunmağa başlamış "Əkinçi” qəzetinin milli mətbuatımızın ilk nümunəsi və
həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşdüyü
günü şərəf və qürurla qeyd etdilər. "Azərbaycan
milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyun 2020-ci il tarixli
sərəncamını minnətdarlıq və razılıq hissi ilə qarşılayan mətbuat işçiləri,
qələm sahibləri dünən daha bir neçə sərəncamın sevincini yaşadılar.
Ölkə başçısı tərəfindən "Azərbaycan Respublikasında
mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında”, "Kütləvi informasiya
vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdünün verilməsi haqqında”, "Azərbaycan Respublikasının kütləvi informasiya
vasitələri nümayəndələrinin təltif edilməsi haqqında”, "Azərbaycan
Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların
verilməsi haqqında”, "Kütləvi informasiya vasitələri əməkdaşlarının "Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında” 22 iyul
2020-ci il tarixli sərəncamların imzalanması bir daha onu sübut etdi ki,
Azərbaycanda mətbuat sahəsinə, bu sahədə çalışan insanlara verilən qiymət,
göstərilən qayğı hər zaman yüksək səviyyədə olub.
Sevindirici haldır ki, ordenə layiq görülənlər və
fəxri ad alanlar arasında Qazaxın iki dəyərli oğlu, ziyalısı da yer aldı.
"Ayna", "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Şıxlinskiy
Elçin İsmayıl oğlu (Elçin Şıxlı) 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
təltif olundu.
Qazaxımızın daha bir ziyalı oğlu "Şərq" qəzetinin təsisçisi və
baş redaktoru, "Tərəqqi" medalı laureatı Vəliyev Akif Abduləzim
oğlu (Akif Aşırlı) isə "Əməkdar Jurnalist” fəxri adına
layiq görüldü.
Bu,
ölkə Prezidenti İlham Əliyev tərəfindən təkcə iki qazaxlı ziyalının əməyinə
verilən qiymət deyil, eyni zamanda, bütün qazaxlı ziyalılara verilən böyük
qiymət və dəyərdir.
Biz də
öz növbəmizdə hər iki ziyalımızı orden və fəxri ad almaları münasibətilə təbrik
edir, gələcək işlərində yeni-yeni uğur və nailiyyətlər arzulayırıq. Ölkə
başçısına qazaxlı ziyalılara verilən yüksək dəyərə görə ziyalılar adından
minnətdarlığımızı bildiririk.
GOYEZEN.AZ
Facebook-da paylaş