• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda yaşayış evində yanğın hadisəsi baş verib


Bu gün Qazax şəhəri, Bakı küçəsi 2A ünvanında məcburi köçkün ailələrinin yaşadığı ərazidə yanğın hadisəsi baş verib.

Hadisə zamanı ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 24 kvadratmetr mənzilin qarşısına artırılan 12 kvadratmetr aynabəndin yanar konstruksiyaları yanıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyininyanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Bağanıs Ayrım kənd sakini, 1993-cü il təvəllüdlü Poladov Elşən Viktor oğluna məxsus mənzilin qalan hissəsi FHN-in Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən yanğından mühafizə olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hadisə yerində olub, mövcud vəziyyətlə maraqlanıb. Hadisənin fəsadlarının aradan qaldırılması ilə bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.


 

GOYEZEN.AZ



Facebook-da paylaş