Qazaxda 17-18 tarixlərində ölkə ərazisində gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı iclas keçirilib
Bu gün Azərbaycan Respublikası
Baş Nazirinin birinci müavini Yaqub Eyyubov tərəfindən ölkə ərazisində gözlənilən
ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Qazax Rayon İcra Hakimiyyətinə
ünvanlanmış 16 yanvar 2019-cu il tarixli, 02/5-14 nömrəli məktuba əsasən iclas
keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin
akt zalında keçirilən iclasda rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının,
idarə, müəssisə və təşkilatların rəhbərləri, fövqəladə hallar komissiyasının
üzvləri, Qazax RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və bələdiyyə
sədrləri iştirak ediblər. İclası giriş sözü
ilə açan Qazax Rayon
İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar
komissiyasının sədri Məmməd Alıyev bildirib ki, məktubda qeyd olunduğu kimi, Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən
17-18 yanvar 2019-cu il tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi,
temperaturun ötən günlə müqayisədə 10 dərəcə aşağı düşəcəyi, sulu qar və qar
yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, şimal-qərb
küləyininin Abşeron yarımadasında 28-33 m/s-dək, yarımadanın bəzi yerlərində
arabir 35-38 m/s-dək yüksələcəyi, küləyin arabir bəzi rayonlarda 23-28 m/s-dək,
Kür vadisi rayonlarında 33-38 m/s-dək, Xəzər dənizi akvatoriyasında 30-35 m/s-dək
güclənəcəyi, açıq dənizdə isə arabir 38-40 m/s-dək şiddətlənəcəyi, dalğanın hündürlüyünün
6-8 metr və daha çox olacağı gözlənilir. M.Alıyev məktubda
qeyd olunanlarla əlaqədar əhalinin gözlənilən ifrat təhlükəli hidrometeoroloji
hadisədən zərər görməməsi üçün bütün zəruri təxirəsalınmaz tədbirlərin görülməsi,
rayonun inzibati-ərazi vahidində aidiyyəti dövlət orqanlarının bu istiqamətdə
koordinasiyalı fəaliyyətini və təbii hadisənin proqnozlaşdırıldığı tarixlərdə əhalinin
təhlükəsizliyinə və sağlamlığına, eləcə də dövlət və ictimai əmlakın mühafizəsinə
cavabdeh qurumların gücləndirilmiş iş rejimində fəaliyyətinin təşkil edilməsi
ilə bağlı əməli tədbirlər görüldüyünü bildirib. Məsələ ilə bağlı rayon
fövqəladə hallar komissiyasının tərkibində qismən dəyişiklik edilməsi barədə Qazax Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 16 yanvar 2019-cu il
tarixli, 9-21/15 nömrəli Sərəncam imzalandığını bildirib. Sərəncamda öz əksini tapan məsələlər barədə məlumat verən birinci
müavin qeyd edib ki, mülki
müdafiə işinin gücləndirilməsi, baş verə biləcək fövqəladə hadisələrin
qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə
hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması və
fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması məqsədilə
yaradılmış rayon fövqəladə hallar komissiyası qeyd olunan tarixlərdə məsələnin
məsuliyyətini dərk edərək bütün fövqəladə hadisələrə hazır olmalıdır. M.Alıyev rayon ərazisində baş verə biləcək fövqəladə hadisələrin qarşısının
alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, rayon ərazisində
fövqəladə hadisələr zamanı təhlükəli ərazilərdə təxliyyə işinin təşkili, dəyə
biləcək ziyan və itkinin həcminin maksimum azaldılması və fövqəladə hadisələrin
nəticələrinin aradan qaldırılması ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi
üçün Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasının qərargah elan
edildiyini bildirib. Sonra birinci müavin istər məktubda,
istərsə də Sərəncamda öz əksini tapan məsələlərlə, mövcud vəziyyətlə bağlı
rayon ərazisində, eləcə də kəndlərdə sakinlərin maarifləndirilməsini tapşırıb.
Əhalinin yanğın təhlükəsizliyi qaydalarına xüsusilə əməl etmələri barədə məlumatlandırılmasını
tövsiyə edib. Fövqəladə hal zamanı baş verə biləcək hər hansı bir hadisənin
qarşısının alınması üçün rayonda olan texnikaların işlək vəziyyətdə olması,
hadisə yerinə lazımi anda çatdırılmasının təşkili ilə əlaqədar göstərişlər
verib. Bundan əlavə, qeyd olunan tarixlərdə növbətçilik cədvəlinin tərtib edilməsini
və hər hansı hadisə baş verən zaman həmin məlumatların operativ şəkildə
çatdırılmasını qeyd edib. Birinci müavin bütün məsələlərlə bağlı komissiyanın tərkibində
olan aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinə və digər komissiya üzvlərinə
tapşırıqlar verib. GOYEZEN.AZ
Facebook-da paylaş