Sakinlərə dəymiş ziyan aradan qaldırılıb
İyunun 10-da baş vermiş güclü leysan yağışları nəticəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonu ərazisində də bir neçə ailənin yaşadığı evlərə ciddi ziyan dəymişdir. Səhər saatlarında rayon ərazisinə yağmış güclü leysan yağışları nəticəsində ictimai və fərdi yaşayış evlərinə və evlərin həyətyanı sahələrinə sel suları dolmuş, Qazax şəhəri ərazisində küçə və yolları sel suları yuyaraq yararsız hala salmış, şəhər təsərrüfatına ziyan dəymişdir. Ümumilikdə, yaranmış təbii fəlakət zamanı 12 evin sakinləri zərər çəkmişdir.
Baş vermiş hadisə ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, rayon fövqəladə hallar komissiyasının üzvləri hər bir ünvanda olmuş, evlərə, həyətlərə və sahələrə dolmuş sel suları operativ olaraq Qazax bələdiyyəsinə məxsus su nasosu və Qazax Kommunal Müəssisələri Kombinatının su çəkən maşınları ilə çəkilib çıxardılmış və müvafiq tədbirlər həyata keçirilmişdir.
Güclü leysan yağışları nəticəsində Qazax şəhəri, Bakı-Tbilisi magistral avtomobil yolunun sol kənarına çəkilmiş, aqlay üzlüklü dekorativ daş hasarın 45 metr uzunluğunda hissəsi uçmuş, elektrik xətlərində yaranmış qüsurun aradan qaldırılması məqsədilə 1 saat müddətində Qazax-3 hava xəttində, rayonun Çaylı və Canalı kəndlərində elektrik verilişi dayandırılmışdır. Bundan əlavə, Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən şəhər qəbiristanlığına sel suları dolmuşdur.
Güclü yağan yağışlar zamanı şəhərin H.Z.Tağıyev, Azadlıq, S.Vurğun, M.Carçıyev və Bakı küçələrində mülki vətəndaşların yaşadıqları evlərə də ziyan dəymişdir. Yaşayış evlərinə və həyətlərə sel suları dolaraq evləri yararsız hala salmışdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyatı təşkilatların rəhbərləri ilə birlikdə zərər dəymiş evlərə gedərək mövcud vəziyyətlə yerində tanış olub.
Qazax şəhəri, Azadlıq küçəsi, 54 ünvanında yaşayan Qurbanova Svetlana Miri qızının evində olan rayon rəhbərinə məlumat verilib ki, həyətə dolmuş sel suları evin 1-ci mərtəbəsinə keçərək döşəməni yararsız hala salmışdır. Əsas səbəb isə evin həyətində suyun çıxışının olmaması və Poylu arxından əlavə suyun gəlməsi göstərilmişdir.
Sonra İcra Başçısı Azadlıq küçəsi, 137 və 139 ünvanlarında yaşayan Abdullayeva Hürü Süleyman qızı və Abdullayev İqbal Hüseyn oğlunun yaşadıqları evlərdə olub.
Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbərinə bildirilib ki, yaşayış evinin həyətinə və evin 1-ci mərtəbəsinə su dolması nəticəsində döşəməyə ziyan dəymişdir. Sel sularının evlərə dolmasının əsas səbəbi isə yol kənarında su ötürücü xəttin olmamasıdır. Həmin evlərin qarşısında, yol kənarında 15-20 metr uzunluğunda yeni beton su xəttinin çəkilməsinə ehtiyac olduğu bildirilib.
Rayon rəhbəri evlərdə olub, mövcud vəziyyəti yerində araşdırdıqdan sonra sakinlərə dəymiş zərərin aradan qaldırılması üçün lazımi tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ
Facebook-da paylaş