Səyyar “ASAN qatar” Qazaxda 5045 nəfərə xidmət göstərib
Vətəndaşlara
keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət”
qısa bir müddətdə əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə
hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir. Xidmətin başlıca prinsiplərindən biri isə
respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in
fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə xidmət olunmasıdır. Daha rahat, yeni və innovativ
üsullarla əlçatanlığı təmin etmək və region sakinlərinin məmnunluğuna nail
olmaqdır. Qazax rayon sakinləri həmişə olduğu kimi, bu dəfə də ölkə Prezidenti
İlham Əliyevin tapşırığına əsasən "ASAN xidmət” mərkəzlərinin olmadığı
regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir
texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”ın xidmətindən
yararlanıb. Belə ki, fevralın 3-dən 29-dək Səyyar "ASAN
qatar” dördüncü dəfə Qazax şəhəri,
Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə yüksək
səviyyədə xidmət göstərib. Müraciət
etmiş 5218 nəfərdən 5045 nəfəri göstərilən xidmətlərdən yararlanıb. 27 gün müddətində 3 vaqondan ibarət qatarda səyyar şəkildə göstərilən xidmətlər
əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,
Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim
olunub. Səyyar "ASAN
qatar” vasitəsilə səyyar formada göstərilən xidmətlər - Daxili İşlər
Nazirliyi üzrə şəxsiyyət vəsiqələrinin verilməsi və
dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Ədliyyə
Nazirliyi üzrə notariat fəaliyyəti,
vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi üzrə mənzillərin üzərində mülkiyyət hüquqlarının ilkin və
təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların
verilməsi, daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və
onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların
verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqların təkrar dövlət
qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının
təyin edilməsi, funksional
yardımçı xidmətlər üzrə tərcümə xidməti, tibb
xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu) olub. Respublika
Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin
etmək məqədilə təşkil olunmuş bu xidmət müraciət etmiş rayon sakinləri tərəfindən
də yüksək qiymətləndirilir. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə
ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər. Vətəndaşlara
göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN
xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab
edirlər. GOYEZEN.AZ
Facebook-da paylaş