“ASAN xidmət” körpələrə xidmət göstərib – Qazaxda
Vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olmaq məqsədilə təşkil olunmuş səyyar xidmətə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan xidmətlər daxildir.
Bu gün isə səyyar xidmətin nümayəndələri körpələrə xidmət göstəriblər. Şəhər 1 saylı körpələr evi-uşaq bağçasında təşkil olunan səyyar xidmətdə şəhərdə yerləşən 1,2,3,4,5 və 6 saylı bağçaların uşaqları xidmətin fəaliyyətindən yararlanıb. Uşaqlara pulsuz olaraq şəkilsiz şəxsiyyət vəsiqələri verilib.
Xidmətin qrup rəhbəri Elmar Ələsgərov GOYEZEN.AZ saytına məlumat verərək bildirib ki, 6 uşaq bağçasından 50 nəfər uşaqda qan analizi aparılıb və sənədləri qəbul edilib.
Məlumat üçün bildirək ki, "Ehtiyat Səyyar ASAN 2 xidmət"i 2018-ci il iyunun 28-dək vətəndaşlara xidmət göstərəcək.
Facebook-da paylaş