Səyyar “ASAN qatar” Qazaxda 3 mindən artıq vətəndaşa xidmət göstərib
Məlumat verdiyimiz kimi, bu il artıq dördüncü dəfə Səyyar
"ASAN qatar” Qazaxdarayon sakinlərinə xidmət
göstərir. Fevralın 3-dən etibarən Qazax şəhəri, Ə.Qədirov
küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar
"ASAN qatar”da vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün hər
cür şərait yaradılıb. Səyyar "ASAN
qatar”ın qrup rəhbəri Elgiz Həsənov GOYEZEN.AZ-a
bildirib ki, Prezident İlham
Əliyevin tapşırığına əsasən "ASAN xidmət” mərkəzlərinin olmadığı
regionlarda Səyyar
"ASAN qatar” xidmətinin həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin
vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin
etməkdir. Qrup rəhbəri qeyd edib ki, 3 vaqondan ibarət qatarda səyyar şəkildə göstərilən
xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Fevralın 29-dək Səyyar "ASAN
qatar” vasitəsilə sakinlərə 27 gün müddətində səyyar formada göstərilən xidmətlərə Daxili İşlər Nazirliyi üzrə şəxsiyyət
vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının
verilməsi və dəyişdirilməsi, Ədliyyə Nazirliyiüzrə notariat
fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üzrə mənzillərin üzərində
mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların,
texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına
alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət
reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət
hüquqların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki
pasportların verilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının
təyin edilməsi, funksional
yardımçı xidmətlər üzrə tərcümə xidməti, tibb
xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqqlarının qəbulu) daxildir. Qrup rəhbəri bu günə
kimi müraciət etmiş 3536 nəfərdən 3409 nəfərə xidmət göstərildiyini də bildirib. Məlumat üçün onu da qeyd
edək ki, Səyyar "ASAN qatar"da sənəd qəbulu həftə içi və şənbə günü
saat 10:00-dan 17:30-dək, hazır sənədin verilməsi isə həftə
içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan
15:00-dək) həyata keçirilir.
Facebook-da paylaş