Qazaxda Səyyar “ASAN qatar”ın fəaliyyətindən bu günə kimi 2000-dən çox sakin yararlanıb
Xəbər verdiyimiz
kimi, sentyabr ayının 2-dən etibarən Səyyar "ASAN qatar” Qazax şəhəri, Ə.Qədirov
küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə yüksək
səviyyədə xidmət göstərir. Prezident İlham
Əliyevin tapşırığına əsasən "ASAN xidmət” mərkəzlərinin olmadığı
regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir
texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”da vətəndaşlara
yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. 3 vaqondan ibarət qatarda səyyar
şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim
olunur. Sakinlərə 30 gün müddətində səyyar
formada göstərilən xidmətlərə - torpaq üzərində mülkiyyət hüquqlarının
təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin
planının və ölçüsünün verilməsi, "Azəriqaz" İB tərəfindən göstərilən
xidmətlər, tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və
xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına
alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət
reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının
dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri
(fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə
çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının
təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi,
şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxildir. Səyyar "ASAN qatar”ın
qrup rəhbəri Elgiz Həsənovun GOYEZEN.AZ saytına verdiyi məlumata əsasən bu günə
kimi, müraciət etmiş 2237 nəfərdən 2111 nəfərə xidmət göstərilib. Qrup rəhbəri vətəndaşların
əsasən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət
vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti ilə bağlı
müraciət etdiklərini qeyd edib. Məlumat üçün qeyd edək
ki, oktyabr ayının
1-dək fəaliyyət
göstərəcək Səyyar
"ASAN qatar”da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar
fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Səyyar "ASAN qatar”
xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar
üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və
region sakinlərinin məmnunluğuna nail olmaqdır.
Facebook-da paylaş