• Təqvim

  • Maraq



Şəxsiyyət vəsiqələri sahiblərinə təqdim olunub


Xəbər verdiyimiz kimi, ötən il fevral ayının 1-dən etibarən ilk olaraq 15 gün müddətində Qazax rayonunda sakinlərə səyyar formada xidmət göstərən Səyyar "ASAN qatar” növbəti dəfə ənənəsinə sadiq qalaraq rayonumuzda sakinlərə xidmət göstərməyə başlayıb. Sentyabrın 3-dən etibarən Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə xidmət göstərən Səyyar "ASAN qatar” fəaliyyəti dövründə böyüməkdə olan körpələrimizi də yaddan çıxartmayıblar. Xidmət müddətində azyaşlı körpələri də sevindiriblər. Belə ki, rayonun Daş Salahlı kənd 1 və 3 saylı körpələr evi-uşaq bağçalarında, eləcə də 2 saylı uşaq bağçası və Dəmirçilər kənd körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqlar xidmətin fəaliyyətindən yararlanıb. 4 uşaq bağçasından 59 nəfər körpə fidana ödənişsiz şəxsiyyət vəsiqələri təqdim olunub.

Dünən isə rayonun daha 8 uşaq bağçasında bu aksiyanın uğurla davam etdirildiyi və vəsiqələrin öz sahiblərinə verilməsi barədə məlumat vermişdik. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasında təşkil olunmuş aksiyada bu bağça ilə yanaşı, Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçası, Qazaxbəyli kənd uşaq bağçası, Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçası, Kosalar kənd 2 saylı körpələr evi-uşaq bağçası, Kosalar kənd 3 saylı uşaq bağçası, Hüseynbəyli kənd uşaq bağçası və Canalı kənd uşaq bağçasından olan uşaqlar da iştirak etmişdi. 8 bağçadan 75 nəfər uşaqdan ödənişsiz olaraq şəkilsiz şəxsiyyət vəsiqələrinin verilməsi üçün qan analizi götürülmüş və sənədləri qəbul edilmişdi.

Dünən Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasında 35 nəfərə şəxsiyyət vəsiqələri təqdim olundu.

Bu gün isə Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçası, Kosalar kənd 2 saylı körpələr evi-uşaq bağçası, Kosalar kənd 3 saylı uşaq bağçası, Hüseynbəyli kənd uşaq bağçası və Canalı kənd uşaq bağçasından olan 40 nəfər uşağın vəsiqələri hər bir bağçanın özündə təqdim edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Teybə Hüseynova və böyük məsləhətçi Gülnar Quluyeva bağçalarda olub, müəllim və valideynləri, körpə fidanları təbrik edib.

Respublika Prezidenti İlham Əliyev tərəfindən dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaq məqsədilə təşkil olunmuş bu aksiyanı istər bağça müəllimləri, istərsə də valideynlər yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına, Səyyar "ASAN qatar”ın nümayəndələrinə dərin minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, Səyyar "ASAN qatar”ın fəaliyyətə başladığı andan bu günə kimi rayonumuzda müraciət etmiş 3155 nəfərdən 3098 nəfərə xidmət göstərilib.































GOYEZEN.AZ

 



Facebook-da paylaş