• Təqvim

  • Maraq



Səyyar "ASAN qatar” Qazaxda körpələrə xidmət göstərib


Xəbər verdiyimiz kimi, sentyabr ayının 3-dən etibarən Səyyar "ASAN qatar” Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında fəaliyyət göstərməyə başlayıb.

Gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarət olan "ASAN qatar”da sakinlər 25 gün müddətində səyyar formada göstərilən xidmətlərdən yararlana bilərlər.  

Bu gün isə səyyar xidmətin nümayəndələri rayonun Daş Salahlı kənd 1 və 3 saylı körpələr evi-uşaq bağçası, eləcə də 2 saylı uşaq bağçası və Dəmirçilər kənd  körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqlara xidmət göstəriblər.

Səyyar "ASAN qatar”ın qrup rəhbəri Elgiz Həsənov GOYEZEN.AZ saytına məlumat verərək bildirib ki, ödənişsiz olaraq şəkilsiz şəxsiyyət vəsiqələrinin verilməsi üçün uşaqlardan qan analizi götürülüb və sənədləri qəbul edilib. Qrup rəhbəri qısa bir vaxtda da vəsiqələrin uşaqlara paylanılacağını qeyd edib.

Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaq məqədilə təşkil olunmuş bu xidməti istər kənd sakinləri, istərsə də bütün valideynlər yüksək qiymətləndiriblər. Körpə balalar üçün yaradılan bu imkana və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, sentyabrın 27-dək rayonumuzda Səyyar "ASAN qatar”da səyyar formada vətəndaşlara göstərilən xidmətlərə - bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, foto xidməti, tərcümə xidməti, tibb xidməti daxildir.







 



Facebook-da paylaş