Qazaxda fəaliyyət göstərən Səyyar “ASAN qatar” körpələri sevindirməkdə davam edir
Xəbər verdiyimiz kimi, 3 sentyabr tarixindən
etibarən Səyyar "ASAN qatar” Qazax şəhəri, Ə.Qədirov küçəsi 3
(Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə xidmət göstərməyə
başlayıb. İstər əhaliyə yüksək
səviyyədə xidmət göstərmələri, istərsə də "ASAN
qatar” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstəmələri üçün hər cür
şərait yaradılıb. Səyyar "ASAN qatar”ın
qrup rəhbəri Elgiz Həsənov məlumat verərək bildirib ki, Səyyar
"ASAN qatar”ın fəaliyyətə başladığı andan bu günə kimi müraciət etmiş 2280
nəfərdən 2238 nəfərə xidmət göstərilib. Eyni
zamanda, rayonun Daş Salahlı kənd 1 və 3 saylı körpələr evi-uşaq
bağçasında, eləcə də 2 saylı uşaq bağçası və Dəmirçilər kənd körpələr evi-uşaq
bağçasında tərbiyə alan uşaqlara da xidmət göstərildiyini bildirib. Ötən
həftə 4 uşaq bağçasından 59 nəfər körpə fidana ödənişsiz şəxsiyyət
vəsiqələrinin təqdim olunduğunu bildirib. Qrup rəhbəri bu gün rayonun
daha 8 uşaq bağçasında bu aksiyanın davam etdirildiyini qeyd edib. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə
yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasında təşkil olunmuş
aksiyada bu bağça ilə yanaşı, Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçası, Qazaxbəyli
kənd uşaq bağçası, Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçası, Kosalar kənd
2 saylı körpələr evi-uşaq bağçası, Kosalar kənd 3 saylı uşaq bağçası, Hüseynbəyli
kənd uşaq bağçası və Canalı kənd uşaq bağçasından olan uşaqlar da iştirak edib.
8 bağçadan 75 nəfər uşaqdan ödənişsiz olaraq
şəkilsiz şəxsiyyət vəsiqələrinin verilməsi üçün qan analizi götürülüb və sənədləri
qəbul edilib. Qrup rəhbəri qısa bir vaxtda da vəsiqələrin uşaqlara
paylanılacağını qeyd edib. Respublika Prezidenti İlham
Əliyev tərəfindən dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və
innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin
məmnunluğuna nail olmaq məqsədilə təşkil olunmuş
bu xidməti istər bağça müəllimləri, istərsə də valideynlər yüksək
qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə
başçısına, Səyyar "ASAN qatar”ın nümayəndələrinə dərin minnətdarlıqlarını
bildiriblər. Məlumat üçün bildirək ki, Prezident
İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı
regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir
texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar” gözləmə zalı,
laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan
ibarətdir. "ASAN qatar”da ölkəmizdə dəmir yolu nəqliyyatının inkişafında
böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin və Prezident İlham
Əliyevin bu sahəyə diqqət və qayğısının, həmçinin "ASAN xidmət”
mərkəzlərinin açılışlarında iştirakının əks olunduğu fotoguşə də yaradılıb. Rayonumuzda 25 gün
müddətində sakinlərə səyyar formada göstərilən xidmətlərə -bank xidməti
(dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə,
dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər
üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə
çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının
dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna
olmaqla) verilməsi daxildir. Bundan əlavə, əmək pensiyalarının təyin edilməsi,
ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət
vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin
dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat
fəaliyyəti, foto xidməti,tərcümə xidməti, tibb xidməti də göstərilən
xidmətlər sırasındadır. Məlumat üçün qeyd edək ki,
sentyabr ayının 27-dək fəaliyyət göstərəcək Səyyar "ASAN
qatar”da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək
(nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi
isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan
15:00-dək) həyata keçirilir. GOYEZEN.AZ
Facebook-da paylaş