Azərbaycan-Gürcüstan Transsərhəd Əməkdaşlıq naminə “Birgə Fəaliyyət Planı” hazırlanacaq
10-11 sentyabr tarixlərində Qazax rayonunda Qərb-Resurs
Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai BirliyiGürcüstanın CİDA təşkilatı ilə birgə Qazax rayonunda 30 nəfərdən ibarət
müxtəlif sahələri təmsil edən Azərbaycan və Gürcüstan nümayəndələrinin iştirakı
ilə Transsərhəd Əməkdaşlıq görüşü
keçirib. Görüşdə Qardabani, Saqareco, Qazax və Ağstafa bələdiyyələrinin
müavinləri, biznes sektorlarının nümayəndələri, QHT-lər və kənd təsərrüfatı üzrə
sahibkarlar iştirak ediblər. Tədbir zamanı iştirakçılar tərəfindən Gürcüstan və
Azərbaycan sərhədyanı bölgələr arasında güclü əməkdaşlıq yaratmaq məqsədilə "Birgə
Fəaliyyət Planı”nın hazırlanması üçün ilkin maraqlar, ideyalar, maneələr və
onların aradan qaldırılması üçün həlli yolları müzakirə edilib. Qərb-Resurs Vətəndaş Cəmiyyətinin
İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri görüşdə çıxış edərək
qonaqları salamlayıb, layihə haqqında geniş məlumat verib. Qazax rayon bələdiyyəsinin sədr müavini, prioritet
sənədlərin hazırlanması üçün işçi qrupunun üzvü Vüsal İsmayılov çıxış edərək
Qazax və Ağstafa rayonlarının prioritet sahələri üzrə sənədləri təqdim edib. Görüş başa çatdıqdan sonra rayonumuzda qonaq olan
Gürcüstan nümayəndə heyəti əvvəlcə Qazax rayonunun Daş Salahlı kəndi
yaxınlığındakı "Avey” dağının şərq ətəyində yerləşən "Damcılı”
mağarası milli qoruğu və ətrafında olan bulaqlarla tanış olublar. Qonaqlara "Damcılı” mağarasının tarixi keçmişi haqqında
ətraflı məlumat verilərək bildirib ki, "Avey” dağı ərazisində aşkar olunan
ən qədim daş dövrü insan məskənlərindən biri "Damcılı” açıq mağara
düşərgəsidir. Sonra nümayəndə heyəti
şəhərin mərkəzində "Azərxalça” ASC tərəfindən inşa edilmiş xalça müəssisəsində
yaradılan şəraitlə tanış olublar. Xalçaçılarla görüşən gürcü qonaqlara
müəssisənin iş fəaliyyəti və əldə etdiyi nailiyyətlər, toxunan xalçalar
haqqında ətraflı məlumatlar verilib. Daha sonra qonaqlar
Ağköynək kəndi ərazisində salınmış istixanada olub. Yetişdirilən məhsulun
keyfiyyəti, sahibkarların iş mexanizmi ilə tanış olublar. Layihənin uğurla həyata
keçirilməsində yerli icra hakimiyyətlərinin göstərdikləri dəstək qonaqlar
tərəfindən də yüksək qiymətləndirilib. Məlumat üçün qeyd edək ki, "Birgə Fəaliyyət Planı”nın
təqdimatının Gürcüstanda keçirilməsi nəzərdə tutulur. GOYEZEN.AZ
Facebook-da paylaş