Qazaxda turizmin inkişafı üçün hər cür şərait var
Bu gün Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələri uğurla icra edilir. Respublikamızda, xüsusilə də bölgələrimizdə turizmin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü layihələr və tədbirlər həyata keçirilir.
KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin də əsas məqsədi ölkəmizdə turizmin inkişafı istiqamətində uğurlu addımlar atmaqdır.
“İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” adlı layihənin təlimlərinin keçirilməsinə başlanılıb.
“Regionlarda turizmin inkişafı məqsədilə mövcud potensialın səmərəli istifadə istiqamətləri” başlığı altında təşkil olunan ilk təlimin icrasına Qazax rayonundan start verilib.
Qazax Tarix-Diyarşünaslıq Muzeyində keçirilən təlimdə Qazax RİHB Aparatının məsul işçisi, rayonda turizm imkanları olan kəndlərin icra nümayəndələri və bələdiyyə sədrləri, Gənclər və İdman İdarəsinin rəhbəri, muzeydə çalışan işçilər, gənclər, tələbələr və KİV nümayəndələri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında şöbə müdirinin müavini Məhəmməd Orucov çıxış edərək qonaqları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Layihə rəhbəri, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə giriş sözü ilə çıxış edərək təlimin yüksək səviyyədə keçirilməsi üçün şərait yaratdığına və rayonda turizmin inkişafı üçün hərtərəfli dəstək verdiyinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşkilatçılar adından minnətdarlığını bildirib. Həyata keçirilən layihənin məqsəd və əhəmiyyətindən söz açaraq qeyd edib ki, layihə Gəncə-Qazax iqtisadi zonasının Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən və Göygöl rayonlarında həyata keçiriləcəkdir. İlk təlimin Qazaxdan başladığını bildirən layihə rəhbəri rayonda turizmin inkişaf etməsi üçün olduqca əhəmiyyətli tarixi abidələrin, təbiət mənzərələrinin zəngin olduğunu qeyd edib.
Sonra turizmin inkişafı istiqamətində görülən işləri özündə əks etdirən videoçarx nümayiş olunub.
Turizm üzrə ekspert, elmlər doktoru Arzu Hüseynov slaytlar əsasında Azərbaycanda turizmin inkişafı və bu istiqamətdə həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Bölgələrdə turistlərin yerləşdirilməsi, onlara göstərilən xidmətlər, eləcə də istənilən bölgəyə turistlərin cəlb olunmasında tarixi abidələrlə yanaşı, diyarşünaslıq muzeylərinin də böyük əhəmiyyət daşıdığını qeyd edib.
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, “Avey” Dövlət Tarix Mədəniyyət qoruğunun elmi işçisi Xeyransa Qocayeva çıxış edərək dövlət tərəfindən respublikamızda turizmin inkişafına göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb, iştirakçılara məlumat xarakterli buklet və ləvazimatlar paylanılıb.
Tədbirdə qonaqlardan proqram assistantı Gülnarə Hüseynova və təşkilatçı Sübhan Hacıyev də iştirak edib.

GOYEZEN.AZ
Facebook-da paylaş