• Təqvim

  • Maraq



Qazaxda yeni layihə həyata keçiriləcəkdir

Qazaxda yeni layihə həyata keçiriləcəkdir
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Gürcüstan-Azərbaycan Ərazisi Sərhəd Əməkdaşlığı üçün “Gənc Sahibkarlar Sinerjisi (YES!) Şəbəkəsi” layihəsini həyata keçirir. Şərq Tərəfdaşlığı Ərazisi Əməkdaşlığı (EaPTC) çərçivəsində Avropa Birliyinin maliyyə dəstəyi ilə Gürcüstandakı tərəfdaş Vətəndaş İnkişaf Agentliyi (CİDA) ilə birgə həyata keçirilən layihə Qazax və Ağstafa rayonlarını əhatə edəcəkdir.

Bu gün layihə iştirakçıları Qazax və Ağstafa rayon bələdiyyələrinin sədrləri və üzvləri ilə görüş keçiriblər.

Tanışlıq məqsədilə keçirilən görüşdə Qazax bələdiyyəsinin sədri Tofiq Orucov, Ağstafa rayon bələdiyyəsinin sədri Nəsib Hacıyev və təşkilatçılar layihə haqqında ətraflı söhbətlər aparıb, gələcəkdə həyata keçiriləcək işlər barədə danışıblar. İştirakçılara layihənin məqsədi haqqında ətraflı məlumat verilib.

Qazaxda yeni layihə həyata keçiriləcəkdir
Qazaxda yeni layihə həyata keçiriləcəkdir
GOYEZEN.AZ


Facebook-da paylaş