Respublika mətbuatı Qazax haqqında
Qazaxda görülən işlərə heç kim kölgə sala bilməz
Qazax haqqında onsuz da geniş bir material hazırlayırdım. Əvvəla, xidmət etdiyim bölgədir. Digər tərəfdən, son bir neçə ayda Ermənistanla 168 kilometr həmsərhəd olan bu rayonda o qədər nəzərəçarpacaq işlər görülüb ki, bunlar barədə söhbət açmamaq, sadəcə, mümkün deyil.
Lakin bu rayondan Milli Məclisə deputat seçilmiş, daim Qazaxın təəssübünü çəkən, əhali ilə müntəzəm əlaqə saxlayan, rayonun problemlərinə yaxından kömək göstərən Kamran Nəbizadənin özünün feysbuk səhifəsində dünən axşam paylaşdığı status məni məcbur etdi ki, yazını tezləşdirim.
Deputat yazırdı: “Bir sıra media resurslarında və saytlarda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla bağlı məqalələr və Qazax camaatına ünvanlanmış etiraz mitinginə çağırışlar dərc olunur. Məqalələr tamamilə yalan və təxribat xarakteri daşıyır, bu aydındır. Mənə aydın olmayan başqa məqamdır: etiraz aksiyasının, narazılığın səbəbi nədir?”
…Rəcəb Babaşovla bir dəfə görüşmüşəm. Təxminən dörd ay əvvəl. Onda hələ rayonda təzəcə işə başlamışdı. Söhbətindən hiss etdim ki, niyyəti saf, məqsədi aydın, ölkə Prezidentinin etimadını doğrultmaq üçün bütün qüvvə və enerjisini sərf etməyə hazır olan bir insandır. Onun sonrakı fəaliyyətini izlədikcə, qətiyyən yanılmadığımı hiss etmişdim.
Rəcəb Babaşovun ilk getdiyi yerlər sərhəd kəndləri olub. İlk dinlədiyi adamlar bu kəndlərin camaatı olub. Bu rayonda ilk dəfə qapısını döydüyü ev şəhid ailəsinin evi olub. Beləcə icra hakimiyyətinin başçısı qısa zamanda bütün kəndlərə baş çəkə bilib, onların dərd- sərini öyrənib. Çox qısa zamanda şəhid qəbiristanlıqlarını əsaslı şəkildə təmir etdirərək onların adlarına layiq hala saldıra bilib.
Aprel şəhidlərinin adları əbədiləşdirilmiş, şəhərin mərkəzində bulaqlar çəkilmişdir. Yüz illərlə içməli suya həsrət qalmış Qazaxbəyli kəndinin su problemi bir həftə ərzində öz həllini tapmış, Ürkməzli kəndinə də su xətti çəkilmişdir. Az bir zaman kəsiyində Kosalar kəndinə 11 kilometr uzunluğunda asfalt yol çəkilmiş, neçə-neçə kəndin yolları əsaslı təmir olunmuşdur.
Düşmənlə üz-üzə dayanan Məzəm kəndində əhalinin təhlükəsiz yaşaması üçün 700 metr uzunluğunda, 3 metr hündürlüyündə istinad divarları çəkilmişdir. Eyni işlər Quşçu Ayrım və Bala Cəfərli kəndlərində də həyata keçirilir.
Ürkməzli kənd sakini Rəşid Osmanov görün həm rayon icra hakimiyyətinin başçısına, həm də qəzetimizin Gəncədəki müxbir məntəqəsinə nə yazıb göndərib: “Sizin gördüyünüz hər bir işə görə təşəkkürümüzü bildiririk. O cümlədən Ürkməzli kəndində (Yaqublu məhəlləsində) 50 ildən artıq idi ki, içməli su problemi yaşayırdıq. Siz bizim bu problemimizi qısa zaman kəsiyində həll etdiniz.
Sizə buna görə bütün kənd sakinləri adından dərin minnətdarlığımızı bildiririk”. 34 nəfərin imzaladığı bu məktubda bütün kənd sakinlərinin arzuları öz əksini tapmışdır.
Rayonda görülən işlər belə deməyə əsas verir ki, Qazax tezliklə kənd təsərrüfatının sürətlə inkişaf etdiyi bir rayona çevriləcək. Burada tütünçülük və çuğundur istehsalı sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulur. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov kəndlərdə keçirdiyi görüşlərdə taxılçılıqla yanaşı, bu sahələrin də inkişafı üçün geniş izahat- təbliğat işi aparır.
Rayonun Birinci Şıxlı kəndi ərazisində smeta dəyəri 3 milyon 241 min manat olan “Birinci Şıxlı” kəndli fermer təsərrüfatı istifadəyə verilmişdir. Qeyd edək ki, bu təsərrüfat hələlik bölgədə ən nəhəng istehsalçı olmaqla bərabər, müasirliyi ilə də seçiləcəkdir.
Burada sahəsi 560 kvadratmetr olan inzibati bina, tərəvəzin təmizlənməsi, yuyulması, çeşidlənməsi və paketlənməsi üçün sahəsi 600 kvadratmetr olan sex və tutumu 2 min ton olan soyuducu anbar tikilmişdir. Fermer təsərrüfatına lazım olan bütün maşın və mexanizmlər alınmış, 250 kvadratmetr sahədə texnika üçün park yaradılmışdır. Ümumi sahəsi 636 hektar olan təsərrüfatda 231 hektar kartof, 405 hektar taxıl yetişdirilməsi nəzərdə tutulmuşdur.
Qazaxda abadlıq, quruculuq işləri geniş vüsət almışdır. Rayon mərkəzində yaşayış evlərinin və məhəllələrin giriş hissəsində yeni qapılar düzəldilmişdir. Çox qısa vaxt ərzində şəhərin bütün küçələrində işıqlandırma sistemi tamamilə yenidən qurulmuşdur. İndi gecələr rayon mərkəzi ağ işıq selinə bürünür. Yaşayış evlərinin görkəmi tamamilə dəyişmişdir.
Həm dam örtükləri təzələnmiş, həm də binaların fasad hissələri yenilənmişdir. Bu müddətdə 12 min kvadratmetr kirəmit dəmir örtüyü vurulmuşdur. Çoxmənzilli yaşayış binalarının həyətlərinə 8 min kvadratmetrdən çox asfalt döşənmiş, nəticədə adamlar illər uzunu çəkdikləri əzab- əziyyətdən yaxa qurtarmışlar.
Bayraq meydanı öz simasını dəyişmişdir. Nərimanov qəsəbəsindəki dairəvi yolda əsaslı təmir işləri görülərək abidələr tamamilə yenidən qurulmuş və onların ətrafında geniş abadlıq-quruculuq işləri aparılmışdır. Qazaxın giriş qapıları da öz görkəmini dəyişmişdir.
Burada Azərbaycanın ilk təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə abidə ucaldılmış, ətrafda geniş abadlıq işləri aparılmış, 5000 kvadratmetr sahəyə qazon döşənmiş, suvarma suyu üçün yeni xətt çəkilmiş, ərazidə müasir işıqlandırma sistemi qurulmuşdur.
Heydər Əliyev parkında da əhalinin istirahətini daha səmərəli təşkil etmək üçün əlavə işlər görülür. Ərazidəki süni gölün içərisində işıq effekti yaradılmaqla yeni fəvvarə kompleksi düzəldilmişdir.
Kəndlərdə də bir sıra mühüm işlər görülmüşdür. Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə
Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ yolun çəkilişinə başlanılmışdır.
Daxili imkanlar hesabına Məzəm kəndində yaşayış evlərinin həyətlərində ümumi uzunluğu 1381 metr olmaqla, 4143 kvadratmetr istinad divarı çəkilmişdir. Quşçu Ayrım kənd əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün sakinlərə tikinti materialları verilmişdir. Bala Cəfərli və Xanlıqlar kəndlərinin hər birində imkanı olmayan bir ailə üçün yaşayış evinin inşası başa çatdırılmışdır.
Rayonda əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Hazırda “Mətanət A” şirkəti tərəfindən Daş Salahlı kəndində və “Carçıoğlu” şirkəti tərəfindən Xanlıqlar kəndində hər birinin istehsal gücü 50 min ton olan 2 yeni əhəng zavodunun tikintisi aparılır. Bu zavodlarda 450-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.
Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin Qazaxda olması, rayonda 4 obyektin açılışında bilavasitə iştirak etməsi qazaxlıları hədsiz sevindirmiş və onları daha da ruhlandırmışdır. Ölkə başçısı Qazaxda aparılan işlərdən razı qalmış, ictimaiyyət nümayəndələri ilə görüşdə əldə olunan uğurları davam etdirməyi tövsiyə etmişdir. Rayon sakinləri ali qonağı yola saldıqları günün ertəsi daha bir şad xəbər eşitmişlər.
Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016- cı il tarixli sərəncamı ilə Qazax şəhərində çoxmənzilli binaların təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılmışdır.
Hamının sevincinə və razılığına səbəb olan sərəncamda deyilirdi ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Qazax rayonunda mühüm infrastruktur və sosialyönümlü layihələr həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, Ədəbiyyat Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 56 mənzilli 3 yaşayış binası inşa edilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 11 mindən çox yeni iş yeri açılmış, qırx beş min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 67 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
…Yazının əvvəlindəki fikrə qayıtmaq istərdim. Qazax Azərbaycanın Qərb qapısıdır və özü də möhkəm qorunan, günü-gündən inkişaf edən qapıdır. Burada gedən böyük işlərə kölgə salmaq mümkün deyil.
Bir də ki, ölkə rəhbərinin xüsusi diqqət və qayğı göstərdiyi bu füsunkar diyara heç bir qara qüvvə təsir edə biməz. Bu gün qazaxlılar ölkə başçısının ətrafında sıx birləşiblər və rayonun yeni rəhbərliyinin apardığı işləri dəstəkləyirlər.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri
29.10.2016
Facebook-da paylaş