Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır
Bəyannamənin verdiyi strateji mesaja gəlincəŞuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. İki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətlərinə gəlincə Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır.Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Bütün sahələri əhatə edən əməkdaşlığa gəlincə Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün sahələrini əhatə edir.Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Əməkdaşlığın yeni perspektivlərinə gəlincə Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır.Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır.Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılır. Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu artırır.Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artırır. Gələcək münasibətlərin məzmununa gəlincə Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. İşğaldan azad olunmuş ərazilərin bərpasına gəlincə Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq regionda yeni reallıqlar yaratdı. Bu reallıqlardan biri Bəyannamədə də qeyd edilən Zəngəzur dəhlizidir. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi uğurla həyata keçirilir.Həmin dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir, eyni zamanda daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Həmçinin dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars layihəsi ilə inteqrasiyası nəzərdə tutulur. Əlverişli investisiya mühitinin yaranması mühüm amildir.Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə ilə Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olmuşdur. Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət ilə bağlı müddəa da yer almışdır.Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişdir. Prezident İlham Əliyevin Şuşa Bəyannaməsinin imzalanması mərasimindəki çıxışını bu gün də qürurla xatırlayırıq. Ölkə başçısı qeyd etdi ki, “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Revanşist qüvvələrə vacib mesaj da Bəyannamədə əks olunub.Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillərə nəzər salsaq görərik ki, Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi. Bəyannamənin imzalanmasından sonra Şuşada 15 uyun tarixində ənənəvi olaraq keçirilən konfranslar mühüm əhəmiyyət daşıyır.Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci ilin iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı konfrans keçirilmişdir.2023-cü ilin iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda konfrans keçirilmişdir.2024-cü ilin iyunun 15-də “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfranslar keçirilmişdir. 2025-ci ilin iyunun 15-də “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulmuş müasir Azərbaycan-Türkiyə münasibətləri öz müstəsnalığı ilə fərqlənir və hərtərəfli strateji müttəfiqlik kimi səciyyələndirilir. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi Türkiyə Respublikası ikitərəfli əlaqələrin bütün sahələr üzrə hərtərəfli inkişafı Azərbaycan xarici siyasətinin ümdə prioriteti olmuşdur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsi ilə bağlı uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş və 15 iyun 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması ilə özünün ən parlaq dövrünə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təşəkkül tapmış qarşılıqlı hörmət və etimada, eləcə də qardaşlıq münasibətlərinə əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailliyyətlərin əldə olunmasını təşviq edən əsas faktor kimi çıxış etməkdədir. Hazırda Azərbaycan-Türkiyə münasibətlərində ciddi əməkdaşlıq və nailiyyətlərin müşahidə edilmədiyi heç bir sahə mövcud deyildir. Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin inkişafında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya, parlamentlərarası dostluq qrupu və digər platformalar əhəmiyyətli rol oynayır və bu formatlar çərçivəsində keçirilən mütəmadi görüşlər və yüksək səviyyəli qarşılıqlı səfərlər müttəfiqlik səviyyəsinə yüksəldilmiş əlaqələrimizin inkişaf dinamikasını saxlanılması prosesinə öz müstəsna töhfəsini verir. Azərbaycan və Türkiyənin xüsusilə, enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və TANAP kimi nəhəng layihələr ölkələrimizi bir-birinə yaxınlaşdırmaq və əməkdaşlığımızı mahiyyətcə yeni müstəviyə yüksəltməklə yanaşı, regionun hüdudlarını aşaraq onun geosiyasi mənzərəsini dəyişmiş, o cümlədən qlobal enerji təhlükəsizliyini təmin etmiş və qitələrarası yeni nəqliyyat bağlantılarını formalaşdırmışdır. Hazırda Azərbaycan və Türkiyə Yaşıl Enerji Dəhlizi və Şərq-Qərb Trans-Xəzər Beynəlxalq nəqliyyat dəhlizinin (Orta dəhliz) inkişaf etdirilməsi istiqamətində iki ölkə və ümumilikdə regionun rifahı və tərəqqisi naminə birgə səy göstərir. Tarixinin ən parlaq inkişaf dövrünü yaşayan Azərbaycan-Türkiyə əlaqələri regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. Ölkələrimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə müttəfiqlik ruhuna xas olaraq yanaşır, qarşılıqlı dəstək nümayiş etdirir, hətta hər hansı birinin təmsil olunmadığı beynəlxalq platformalarda belə ortaq maraqlardan çıxış edirlər. Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə 30 noyabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev TANAP-ın Avropaya birləşməsinin açılış mərasimində iştirak etmək üçün Türkiyə Respublikasının Ədirnə şəhərinə işgüzar səfər etmişdir. 12 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev TDƏŞ-in VIII Zirvə görüşü toplantısında iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfər etmişdir. 10-11 mart 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər etmişdir. 14 may 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etmək üçün Türkiyə Respublikasının Rize şəhərinə işgüzar səfər etmişdir. 9 avqust 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İslam Həmrəylik Oyunlarının açılış mərasimində iştirak etmək üçün Türkiyə Respublikasının Konya şəhərinə işgüzar səfər etmişdir. 25 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər etmişdir. 15-16 mart 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev TDT-nin Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər etmişdir. 29 aprel 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfər etmişdir. 3 iyun 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidentinin inauqurasiya mərasimində iştirak etmək üçün Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər etmişdir. 18-19 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyəyə rəsmi səfər etmişdir. 10 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyəyə işgüzar səfər etmişdir. 14-16 iyun 2021-ci ildə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Şuşa və Bakı şəhərlərinə rəsmi səfər etmişdir. 26 oktyabr 2021-ci ildə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Füzuli və Zəngilan şəhərlərinə rəsmi səfər etmişdir. 28 may 2022-ci ildə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək üçün Bakı şəhərinə işgüzar səfər etmişdir. 20 oktyabr 2022-ci ildə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Zəngilan şəhərinə rəsmi səfər etmişdir. 12-13 iyun 2023-cü ildə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinə dövlət səfər etmişdir. 25 sentyabr 2023-cü ildə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Naxçıvan şəhərinə rəsmi səfər etmişdir. 12 noyabr 2024-cü il tarixində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər işgüzar etmişdir. 21 dekabr 2023-cü ildə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər etmişdir. 18-19 fevral 2021-ci ildə Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov Türkiyə Respublikasının Ankara şəhərinə rəsmi səfər etmişdir. 7-8 may 2024-cü ildə Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov Türkiyəyə rəsmi səfər etmişdir. 14-15 mart 2018-ci ildə Türkiyə Respublikasının Baş naziri cənab Binali Yıldırım 6-cı Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakı şəhərinə rəsmi səfər etmişdir. 11 avqust 2021-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ankara şəhərinə ilk rəsmi səfər etmişdir. 17-19 iyun 2021-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Antalya şəhərinə səfər etmişdir. 27 sentyabr 2021-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov TDƏŞ ə üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün işgüzar Türkiyə Respublikasına səfər etmişdir. 11 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov TDƏŞ ə üzv dövlətlərin xarici işlər nazirlərinin 8-ci iclasında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər etmişdir. 6 iyun 2022-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Diplomatik münasibətlərin təsis edilməsinin 30-cu il dönümü tədbirində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər etmişdir. 8-9 avqust 2022-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 13-cü Səfirlərin Konfransında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər etmişdir. 11 fevral 2023-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov zəlzələdən zərər çəkmiş əraziləri ziyarət etmək üçün Kahramanmaraş şəhərinə işgüzar səfər etmişdir. 29 fevral – 1 mart 2024-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfər etmişdir. 15-16 mart 2023-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov TDƏŞ-in Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər etmişdir. 31 iyul 2023-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ankara şəhərinə rəsmi səfər etmişdir. 27 avqust 2024-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfər etmişdir. 18 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfər etmişdir. 25 fevral 2020-ci ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası”nın VIII iclasında iştirak etmək üçün Bakı şəhərinə işgüzar səfər etmişdir. 4-5 mart 2022-ci ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakı şəhərinə işgüzar səfər etmişdir. 28 may 2022-ci ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək üçün Bakı şəhərinə işgüzar səfər etmişdir. 26 iyun 2022-ci ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin” toplantısında iştirak etmək üçün Bakı şəhərinə işgüzar səfər etmişdir. 5-6 iyul 2023-cü ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Şurasının iclasında iştirak etmək üçün Bakı şəhərinə işgüzar səfər etmişdir. 10 oktyabr 2023-cü ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Şuşa şəhərində təşkil olunan 27-ci iclası iştirak etmək üçün Şuşa şəhərinə işgüzar səfər etmişdir. 13-14 dekabr 2023-cü ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan Azərbaycan Respublikasına ilk rəsmi səfər etmişdir. 15 mart 2024-cü ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan Azərbaycana işgüzar səfər etmişdir. 5 iyul 2024-cü ildə Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan Azərbaycana işgüzar səfər etmişdir. AR Milli Məclisində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Əhliman Əmiraslanovdur. Qrup 59 nəfər millət vəkilindən ibarətdir. Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Şamil Ayrımdır. Qrupun İdarə heyəti 10 nəfərdən ibarətdir. Müqavilə-hüquq bazasına gəlincəTürkiyəvə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 282 sənəd imzalanmışdır.
2021-ci ilin 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması mühüm hadisə kimi yaddaşlara yazıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlərə gəlincəTürkiyə Azərbaycanın müstəqilliyini 9 noyabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci il tarixində qurulmuşdur. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1992-ci ilin yanvar ayında açılmışdır. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi 1992-ci ilin avqust ayında açılmışdır.
Facebook-da paylaş














