• Təqvim

  • Maraq

Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı şəhid ailələrinin və vətəndaşların müraciətini dinləyib

Prezident İlham Əliyev hər zaman çıxışlarında bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsini səsləndirir. O vətəndaş amili ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısının söylədiyi “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür” sözləri bu gün hər bir dövlət məmuru üçün iş fəaliyyətlərində bir yol xəritəsidir. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss edilir. Ən əsası isə bu, hər bir dövlət məmuruna nümunə olmalıdır.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.

Avqustun 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kəndinin igid oğlu (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlunun ailəsini, Birinci Qarabağ müharibəsi şəhidi, ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuş, Bala Çaylı kəndinin igid oğlu çavuş Həsənov Səlamət Muxtar oğlunun övladını, eləcə də rayonun Aşağı Əskipara və Kosalar kəndlərindən müraciət etmiş vətəndaşları istəklərinə əsasən fərdi qəbul edib, onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.




Facebook-da paylaş


{sape_links}