• Təqvim

  • Maraq

2026-cı ilin yanvar-iyun aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri

2026-cı ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 235 milyon 532,5 min manat təşkil etmiş və əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 6,2 faiz artmışdır.Məhsul buraxılışının həcmi 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə sənaye sahəsində 11,6 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 8,0 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 0,1 faiz, tikinti sahəsində 33,8 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,4 faiz, informasiya və rabitə sahəsində 58,4 faiz azalmışdır. 2026-cı ilin yanvar-iyun aylarında məhsul və xidmətlərin 90,9 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur.Əhalinin hər nəfərinə düşən ümumi məhsul buraxılışı 2437,5 manat təşkil etmişdir.

Sənaye. 2026-cı ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 99 milyon 607,9 min manatlıq və ya 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 11,6 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 15,8 faiz, emal sektoru 67,0 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 16,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,6 faiz təşkil etmişdir. Məhsulun 82,9faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2025-ci ilin yanvar-iyun aylarına nisbətən sabit qiymətlərlə 8,7 faiz artmışdır. 2026-cı ilin yanvar-iyun aylarında mədənçıxarma sektorunda 15 milyon 745,0 min manatlıq, emal sektorunda 66milyon 725,8 min manatlıq məhsul istehsal edilmiş, 2025-ci ilin yanvar-iyun aylarına nisbətən məhsul istehsalı müqayisəli qiymətlərlə mədənçıxarma sektorunda 20,0 faiz, emal sektorunda 12,4 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 16 milyon 561,0 min manat təşkil etmiş, rayon əhalisinə və digər istehlakçılara 52027,1 MVt.s elektrik enerjisi, 83,8 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real ifadədə həcmi 40,7 faiz azalmış, əhaliyə və digər istehlakçılara 581,3 min kubmetr təbii su verilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq.2026-cı ilin məhsulu üçün 4782,8 hektar sahədə buğda, 6950,0 hektar sahədə arpa səpini aparılmışdır. 2026-cı ilin yanvar-iyun aylarında heyvandarlıq sahəsində 2599,0 ton ət (diri çəkidə), 16472,0 ton süd, 6035,0 min ədəd yumurta, 236,0 ton yun istehsal edilmişdir. 2025-ci ilin yanvar-iyun aylarına nisbətən ət istehsalı 2,0 ton, yumurta istehsalı 5,0 min ədəd artmış, süd istehsalı 80,0 ton azalmışdır. 2026-cı ilin iyul ayının 1-nə 29447 baş iribuynuzlu mal-qara (ondan 15791 baş inək və camış), 127920 baş qoyun və keçi mövcud olmuşdur. 2025-ci ilin yanvar-iyun aylarına nisbətən iribuynuzlu mal-qaranın sayı 110 baş (0,4 faiz), qoyun və keçilərin sayı 1091 baş (0,9 faiz) artmışdır.

Tikinti. 2026-cı ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyon 16,7 min manatlıq, yaxud 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 29,6 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyon 455,0 min manatı və ya 48,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat. 2026-cı ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 8783,0 min nəfər sərnişin daşınmış, 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 8,0 faiz artım müşahidə olunmuşdur. 2026-cı ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 772,0 min ton yük daşınmış və 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 5,8 faiz artmışdır.

İnformasiya və rabitə.İnformasiya və rabitə müəssisələri tərəfindən 2026-cı ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 242,4 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 154,3 min manatı və ya 63,7 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 58,4 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 63,7 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 65,8 faiz azalmışdır.

Pərakəndə ticarət. 2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 167 milyon 361,5 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 24 milyon 200,0 min manatlıq ödənişli xidmətlər göstərilmişdir. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 0,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 4,9 faiz artmışdır. Ticarət şəbəkələrində 78 milyon 411,2 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 88 milyon 950,3 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 14 faiz azalmış, qeyri-ərzaq məhsullarının satışı 17,5 faiz artmışdır.

İstehlak qiymətləri indeksləri.2026-cı ilin yanvar-iyun aylarında istehlak qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 5,9 faiz, qeyri-qida məhsulları üzrə 4,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2,1 faiz artmışdır.

Əməkhaqqı. 2026-cı ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 816,6 manat, dövlət sektorunda 764,7 manat, qeyri-dövlət sektorunda 904,3 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, maliyyə və sığorta sahəsində 1980,0 manat, emal sənayesində 1841,5 manat, mədənçıxarma sənayesində 1179,2 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 890,1 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1047,0 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 831,5 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət. İlkin hesablamalara əsasən 2026-cı ilin yanvar-iyun aylarında rayon əhalisinin sayı ilin əvvəlinə 56 nəfər artaraq 2026-cı il iyul ayının 1-i tarixinə 96 min 735 nəfər təşkil etmişdir.

Cədvəl 1

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR


2026-cı il yanvar-iyun ayları,

faktiki

qiymətlərlə

2026-cı il yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun aylarına

nisbətən,

faizlə

Məlumat üçün

2025-ci il

yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

235532,5

106,2

103,1

Sənaye məhsulunun ümumi həcmi*), min manat

99607,9

111,6

98,8

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat o cümlədən tikinti-quraşdırma işlərinə

3016,7

1455,0

70,4

43,8

35,8

28,2

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

65194,0

99,6

106,2

Nəqliyyat sektorunda yük daşınması*), min ton

772,0

105,8

106,6

Nəqliyyat sektorunda sərnişin daşınması*), min sərnişin

8763,0

108,0

106,1

İnformasiya və rabitə xidmətləri, min manat

242,4

41,6

39,6

Pərakəndə ticarət dövriyyəsi*), min manat

167361,5

100,1

103,8

Əhaliyə göstərilən ödənişli xidmətlər*), min manat

24200,0

104,9

103,6

Orta aylıq nominal əməkhaqqı, manat

816,6*)

106,5*)

107,0*)

Əhalinin sayı, 01.07.2026-cı il vəziyyətinə, nəfər

96735

100,2

100,2

Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla;

Ümumi məhsul buraxılışı

2026-cı ilin yanvar-iyun aylarında 235 milyon 532,5 min manat həcmində və ya 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 6,2 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 2437,5 manat təşkil etmişdir. 2026-ci ilin yanvar-iyun aylarında istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 99 milyon 607,9 min manat (42,3 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 65 milyon 194 min manat (27,7 faiz), tikinti sahəsində 8 milyon 471,4 min manat (3,6 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 6 milyon 787,5 min manat (2,9 faiz), informasiya və rabitə sahəsində 242,4 min manat (0,1 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 55 milyon 229,3 min manat (23,4 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı sənaye sahəsində 11,6 faiz, tikinti sahəsində 33,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 8,0 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 0,1 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,4 faiz, informasiya və rabitə xidmətləri sahəsində 58,4 faiz azalmışdır.

Cədvəl 2

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi.


2026-cı ilin yanvar-iyun ayları

faktiki

qiymətlərlə,

min manat

2025-ci ilin yanvar-iyun ayları

faktiki qiymətlərlə,

min manat

Qiymət indeksi, faizlə

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin qiymətləri ilə,

min manat

Fiziki

həcm

indeksi,

faizlə

Ümumi

həcmdə

xüsusi

çəkisi,

faizlə

A

1

2

3

4

5

6

Sənaye

99607,9

106499,0

83,8

118852,9

111,6

42,3

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 

65194,0

62489,5

104,8

62221,9

99,6

27,7

Tikinti

8471,4

6329,5

100,0

8468,9

133,8

3,6

Nəqliyyat və anbar təsərrüfatı

6787,5

6008,2

104,6

6489,0

108,0

2,9

İnformasiya və rabitə

242,4

572,3

101,9

237,9

41,6

0,1

Ticarət, nəqliyyat vasitələrinin təmiri

55229,3

52264,2

105,6

52300,5

100,1

23,4

Yekun:

235532,5

234162,7

94,8

248571,0

106,2

100,0

Qrafik 1

2026-cı ilin yanvar-iyun aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə

Qrafik 2

2026-cı ilin yanvar-iyun aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə

Sənaye

2026-cı ilin yanvar-iyun aylarında sənaye müəssisələri tərəfindən 99 milyon 607,9 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş və 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 11,6 faiz çox olmuşdur.Ümumi istehsalın 85,4 faizini sənaye məhsulları, 14,6 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 15,8 faizi mədənçıxarma, 67,0 faizi emal, 16,6 faizielektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2025-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 8,7 faiz artaraq 82 milyon 598,1 min manat və ya sənaye məhsulunun 82,9 faizini təşkil etmişdir.

Qrafik 3

2026-cı ilin yanvar-iyun aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə

İstehlakçılara 107 milyon 58,0 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 iyul 2026-cı il tarixinə sənaye müəssisələrinin anbarlarında 9 milyon 695,5 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 9,7 faizini təşkil etmişdir.

Cədvəl 3

Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

Fəaliyyət növlərinin adı

2026-cı ilin yanvar-iyun aylarında

istehsal

edilmişdir,

min manatla

2025-ciilin yanvar-iyun aylarına

nisbətən

sabit qiymətlərlə, faizlə

İstehsalın ümumi həcmində xüsusi çəkisi,

faizlə


Cəmi *)

99607,9

111,6

100,0


o cümlədən: dövlət sektoru

17059,8

128,2

17,1


qeyri-dövlət sektoru

82548,1

108,7

82,9


Mədənçıxarma sənayesi

15745,0

120,0

15,8


o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri

15745,0

120,0

15,8


Emal sənayesi

66725,8

112,4

67,0

o cümlədən: qida məhsullarının istehsalı

3674,9

1,3

3,7

içki istehsalı

1,0

5,2

-

poliqrafiya məhsullarının istehsalı

209,7

62,5

0,2

rezin və plastik kütlə məmulatlarının istehsalı

880,2

424,4

0,9

tikinti materiallarının istehsalı

55484,5

115,1

55,7

mebellərin istehsalı

6464,9

91,0

6,5

sair sənaye məhsullarının istehsalı

4,1

68,8

-

maşın və avadanlıqların quraşdırılması və təmiri

6,5

28,1

-

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

16561,0

110,7

16,6

Su təchizatı, tullantıların

təmizlənməsi və emalı

576,1

59,3

0,6

o cümlədən: suyun yığılması, təmizlənməsi və paylanması

447,1

79,2

0,5

digər tullantıların yığılması və məhv edilməsi

114,1

30,8

0,1

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Mədənçıxarma sektorunda müəssisələr tərəfindən araşdırılan dövrdə 15 milyon 745 min manatlıq məhsul istehsal edilmiş, məhsul istehsalının ümumi həcmində 15,8 faiz təşkil etmiş və 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,0 faiz artmışdır.

Emal sektorunun müəssisələri tərəfindən 2026-cı ilin yanvar-iyun aylarında 66 milyon 725,8 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 67,0 faiz təşkil etmiş və 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 12,4 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı 83,2 faiz, qida məhsullarının istehsalı 5,5 faiz, mebellərin istehsalı 9,7 faiz, digər məhsulların istehsalı isə 1,6 faiz təşkil edir.

Qida məhsullarının istehsalı 3 milyon 674,9 min manat olaraq, bölmə üzrə məhsulun 5,5 faizini təşkil etmişdir.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsininmüəssisələri tərəfindən2026-cı ilin yanvar-iyun aylarında 16 milyon 561,0 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 10,7 faiz artmış vərayon əhalisinə və digər istehlakçılara 52027,1 MVts elektrik enerjisi, 83,8 milyon kubmetr təbii qaz verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsindəistehsal edilmiş məhsulun həcmi 576,1 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 581,3 min kubmetr təbii su verilmişdir.

Cədvəl 4

Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri*)

Məhsul növlərinin adı və

ölçü vahidi

2026-cı ilin yanvar-iyun aylarında istehsal

edilmişdir

(əmtəəlik)

2025-ci

ilin yanvar-iyun aylarına

nisbətən,

faizlə

01.07.2026-cı il tarixinə

hazır məhsul ehtiyatı

Mədənçıxarma sənayesi

bentonit, ton

133280,0

101,9

282459,0

əhəngdaşı tozu, ton

9722,7

84,2

-

inşaat üçün əhəng daşı, ton

8606,0

52,5

-

kvarsit, ton

-

x

-

Qida məhsullarının istehsalı




buğda və ya çovdarla qarışıq buğda unu, ton

150,48

95,0

-

çörək, ton

628,23

111,5

-

karamel, ton

10,7

128,9

-

İçki istehsalı

Tündləşdirilməmiş mineral və qazlı sular, min dekalitr

0,4

-


Sement istehsalı

Portland sement, min ton

391,87

102,9

0,66

Sement klinkerləri, min ton

141,71

194,1

46,84

Mebellərin istehsalı

Yataq, yemək və qonaq otaqları üçün taxta mebellər, ədəd

3279

88,1

-

Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı

elektrik enerjisinin bölüşdürülməsi, MVt.s

52027,1

102,2

-

qazın bölüşdürülməsi, milyon kub metr

83,8

111,8

-

buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, Q.kal

1065,6

43,3

-

təbii suyun yığılması və bölüşdürülməsi, min kubmetr

581,3

103,3

-

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Tikinti

Əsas kapitala yönəldilmiş vəsaitlər

2026-cı ilin yanvar-iyun aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyon 16,7 min manat və ya 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 29,6 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyon 455,0 min manatı və ya 48,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 3,1 faizini dövlət, 96,9 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.

Cədvəl 5

Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər


2026-cı ilin yanvar-iyun ayları,

min manatla

2025-ci ilin yanvar-iyun aylarına nisbətən,

faizlə

Ümumi

həcmdə

xüsusi çəkisi, faizlə

Cəmi

3016,7

70,4

100,0

o cümlədən: dövlət sektoru

92,3

4,6

47,0

qeyri-dövlət sektoru

2924,4

128,8

53,0

Qrafik 4

2026-cı ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə

Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla

(2026-cı ilin yanvar-iyun ayları)

Cədvəl 6


Cəmi

Ümumi

yekuna nisbətən,

faizlə

2025-ci ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

Cəmi

8471,4

100,0

131,9

o cümlədən: inşa, yenidənqurma və bərpa işləri

4060,0

47,9

76,9

əsaslı təmir işlərinin dəyəri

3924,3

46,3

-

cari təmir işləri

453,2

5,3

41,1

sair tikinti işləri

33,9

0,5

73,7

Kənd təsərrüfatı

2026-cı ilin yanvar-iyun aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 65 milyon 194,0 min manat təşkil etmiş və 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 0,4 faiz azalmışdır.

Bitkiçilik. 2026-cı ilin məhsulu üçün 4782,8 hektar sahədə buğda, 6950,0 hektar sahədə arpa səpini aparılmışdır. 2026-cı ilin məhsulu üçün ailə, kəndli təsərrüfatlarında və kənd təsərrüfatı müəssisələrində bitkilərin əkin sahələrinin qəti uçotu aparılmışdır. Uçotun nəticələrinə əsasən bitkilərin əkin sahələri aşağıdakı cədvəllə xarakterizə olunur.

Cədvəl 7

2026-cı ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar


2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

Cəmi əkin sahəsi

18714,3

18535,0

101,0

o cümlədən: dənlilər və dənli paxlalı bitkilər

11840,8

11600,0

102,1

o cümlədən: buğda

4782,8

4645,0

103,0

arpa

6950,0

6835,0

101,7

vələmir

85,0

80,0

106,3

sorqo

15,0

30,0

50,0

paxlalılar

8,0

10,0

80,0

qarğıdalı

310,0

350,0

88,6

günəbaxan

35,0

35,0

100,0

tərəvəz

785,5

786,0

99,9

Kartof

1350,0

1330,0

101,5

yem bitkiləri

4350,0

4391,0

99,1

bostan bitkiləri

43,0

43,0

100,0

Meyvələr, cəmi

1639,6

1628,7

100,7

Giləmeyvələr

33,1

43,1

76,8

Üzüm, cəmi

291,7

291,7

100,0

Cədvəl 8

2026-cı ilin yanvar-iyun aylarında əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq

Yığılmış sahə, hektar

Yığılmış məhsul, ton

Məhsuldarlıq, sen/ha

Dənli, paxlalı və yağlı bitkilər, cəmi

5236,0

16294,0

31,1

o cümlədən: buğda

125,0

450,0

36,0

arpa

5111,0

15844,0

31,0

Tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular, cəmi

414,0

8620,6

208,2

o cümlədən: yaşıl lobya

90,0

180,0

20,0

bibər

37,0

814,0

220,0

xiyar

80,0

2755,0

344,4

badımcan

7,0

200,0

285,7

pomidor

105,0

3676,1

350,1

baş sarımsaq

10,0

145,5

145,5

sair tərəvəzlər

85,0

850,0

100,0

Yem bitkiləri, cəmi

1654,7

4964,1

30,0

Meyvələr, cəmi

-

4731,2

30,3

Giləmeyvələr, cəmi

-

457,0

138,1

Heyvandarlıq. 2026-cı ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 2599,0 ton ət, 16472,0 ton süd, 6035,0 min ədəd yumurta istehsal edilmişdir. 2025-ci ilin yanvar-iyun aylarına nisbətən ət istehsalı 2,0 ton, yumurta istehsalı 5,0 min ədəd artmış, süd istehsalı 80,0 ton azalmışdır. Kümçülər tərəfindən 2026-cı ildə 1833,8 kq barama tədarük edilərək təhvil verilmişdir.

Cədvəl 9

Heyvandarlıq məhsullarının istehsalı, ton


2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları

2026-cı ilin yanvar-iyun ayları 2025-ci ilin yanvar-iyun aylarına nisbətən

%

+, -

Ət (diri çəkidə)

2599,0

2597,0

100,1

+2,0

Süd

16472,0

16552,0

99,5

-80,0

Yumurta, min ədəd

6035,0

6030,0

100,1

+5,0

Yun

236,0

236,0

100,0

-

2026-cı il iyul ayının 1-i tarixinə 29447 baş iribuynuzlu mal-qara (ondan 15791 baş inək və camış), 127920 baş qoyun və keçi mövcud olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 110 baş (0,4 faiz), qoyun və keçilərin sayı 1091 baş (0,9 faiz) artmış, ana inək və camışların sayı isə 99 baş (0,6 faiz) azalmışdır.

Cədvəl 10

Mal-qaranın sayı, 01.07.2026-cı il tarixinə, baş


01.07.2026-cı il

01.07.2025-ci il

Əvvəlki ilin eyni

dövrünə nisbətən

%

+, -

İribuynuzlu mal-qara

29447

29337

100,4

+110

ondan: inək və camışlar

15791

15890

99,4

-99

Qoyun və keçilər

127920

126829

100,9

+1091

Nəqliyyat

2026-cı ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 8783,0 min nəfər sərnişin daşınmış, 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 8,0 faiz artmışdır.

Cədvəl 11

Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər


2026-cı ilin

yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları

2026-cı ilin yanvar-iyun ayları 2025-ci ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

Cəmi

8783,0

8130,0

108,0

2026-cı ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 772,0 min ton yük daşınmış və 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 5,8 faiz artmışdır.

Cədvəl 12

Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton


2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun aylarına

nisbətən,

faizlə

Cəmi

772,0

730,0

105,8

2026-ci ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələri tərəfindən 6 milyon 787,5 min manatlıq xidmət göstərilmiş, 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 8,0 faiz artmışdır. Göstərilmiş xidmətin 126,8 min manatı (1,9 faizi) dövlət sektorunun, 6 milyon 660,7 min manatı (98,1 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.

Cədvəl 13


2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə

6787,5

6008,2

108,0

o cümlədən: dövlət sektoru

126,8

139,4

87,0

qeyri-dövlət sektoru

6660,7

5868,8

108,5

İnformasiya və rabitə

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2026-cı ilin yanvar-iyun aylarında 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 58,4 faiz azalaraq 242,4 min manat təşkil etmişdir ki, bunun da 154,3 min manatı (63,7 faizi) əhali tərəfindən istehlak olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2025-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 62,7 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 63,7 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 36,3 faiz təşkil etmişdir.

Cədvəl 14

İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat


2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun aylarına

nisbətən,

faizlə

İnformasiya və rabitə

xidmətlərindən əldə olunan gəlir

242,4

572,3

41,6

o cümlədən: dövlət sektoru

154,3

443,1

34,2

qeyri-dövlət sektoru

88,1

129,2

66,9

İstehlak bazarı

2026-cı ilin yanvar-iyun aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 194 milyon 611,5 min manat olmaqla 2025-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 0,7 faiz artmışdır.

Cədvəl 15

İstehlak bazarı üzrə əsas göstəricilər


2026-cı ilin yanvar-iyun ayları,

min manatla

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri

194611,5

100,7

o cümlədən: dövlət mülkiyyəti üzrə

6709,7

106,2

qeyri-dövlət mülkiyyəti üzrə

187901,8

100,5

ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə

149364,8

101,3

Əmtəə bazarı

2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 167 milyon 361,5 min manatlıq məhsul satılmış və onun 78 milyon 411,2 min manatını (46,9 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 88 milyon 950,3 min manatını (53,1 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2025-ci ilin yanvar-iyun aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 0,1 faiz artmış, o cümlədən qeyri-ərzaq malları üzrə 17,5 faiz artmışdır, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 14,0 faiz azalmışdır.

Cədvəl 16

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu


2026-cı ilin yanvar-iyun ayları,

min manatla

Ümumi yekunda xüsusi çəkisi, faizlə

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

167361,5

100,0

100,1

o cümlədən: ərzaq məhsulları, içkilər və tütün məmulatları

78411,2

46,9

86,0

qeyri-ərzaq malları

88950,3

53,1

117,5

2026-cı ilin yanvar-iyun aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 288,8 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 135,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 153,5 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 22,8 faizini hüquqi şəxslər, 17,4 faizini fərdi sahibkarlar tərəfindən, 59,8 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.

Cədvəl 17

Məhsul bazarı üzrə əsas göstəricilər


2026-cı ilin yanvar-iyun ayları,

min manatla

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

167361,5

100,1

o cümlədən:

müəssisələr üzrə

38178,2

97,9

fərdi sahibkarlar üzrə

29100,0

90,0

bazar və yarmarkalar üzrə

100083,3

104,3

Qrafik 5

2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə

Cədvəl 18

2026-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin dinamikası


Əvvəlki ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə, faizlə

Pərakəndə

ticarət dövriyyəsi

o cümlədən

ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə

qeyri-ərzaq

malları üzrə

2026-cı il

Yanvar-iyun

100,1

86,0

117,5

2025-ci il

Yanvar- iyun

103,8

101,5

106,5

01.07.2026-cı il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 12 milyon 444,7 min manat təşkil etmişdir.

İctimai iaşə xidmətləri

2026-cı ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 1,6 faiz artaraq 3 milyon 50,0 min manat olmuşdur.

Cədvəl 19


2026-cı ilin yanvar-iyun ayları,

min manatla

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

İctimai iaşə xidmətləri, cəmi

3050,0

101,6

o cümlədən: hüquqi şəxslər üzrə

-

-

fiziki şəxslər üzrə

3050,0

101,6

Əhaliyə göstərilən ödənişli xidmətlər

2026-cı ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin yanvar-iyun aylarına nisbətən real ifadədə 4,9 faiz artaraq 24 milyon 200,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 7 milyon 68,5 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 29,2 faizini təşkil etmişdir.

Cədvəl 20

Ödənişli xidmətlərin göstərilməsi


2026-cı ilin yanvar-iyun ayları,

min manatla

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi

24200,0

104,9

o cümlədən: dövlət sektoru

6709,7

106,2

qeyri-dövlət sektoru

17490,3

104,4

ondan: fiziki şəxslər

17131,5

106,7

2026-cı ilin yanvar-iyun aylarında əhalinin hər bir nəfəri orta hesabla 250,3 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Cədvəl 21

Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri


Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə, faizlə

Əhaliyə göstərilən ödənişli xidmətlər

o cümlədən

hüquqi şəxslər üzrə

fiziki şəxslər

üzrə

2025-ci il

Yanvar-iyun

103,6

87,1

111,1

2026-cı il

Yanvar-iyun

104,9

100,7

106,7

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 93,0 faiz təşkil etmişdir.

Cədvəl 22

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri


2026-cı ilin yanvar-iyun ayları,

min manatla

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə

Ümumi həcmdə

xüsusi çəkisi, faizlə

İri və orta müəssisələr üzrə, cəmi

6868,1

100,9

100,0

o cümlədən: əsas fəaliyyət növü üzrə (iri və orta müəssisələr)

478,4

65,7

7,0

digər sahələrin iri və orta

6389,7

105,1

93,0

Qrafik 6

2026-cı ilin yanvar-iyun aylarında iri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə

Qiymət indeksləri

İstehlak qiymətləri indeksi

2026-cı ilin iyun ayında istehlak qiymətləri may ayı ilə müqayisədə 0,8 faiz ucuzlaşıb, 2026-cı ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb. 2026-cı ilin iyun ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri may ayı ilə müqayisədə 1,7 faiz ucuzlaşıb, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artıb. 2026-cı ilin iyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri may ayı ilə müqayisədə 0,1 faiz ucuzlaşıb, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artıb. 2026-cı ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər may ayı ilə müqayisədə sabit qalıb, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz bahalaşıb.

Cədvəl 23

İstehlak qiymətləri indeksinin dəyişməsi


Cəmi məhsullar və xidmətlər

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

faizlə

2026-cı il

Aprel

100,4

104,3

100,6

105,7

May

100,1

104,3

100,1

105,9

İyun

99,2

104,3

98,3

105,9

..ardı


Qeyri-qida məhsulları

Ödənişli xidmətlər

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

faizlə

2026-cı il

Aprel

100,5

104,3

100,0

102,1

May

99,8

104,2

100,1

102,1

İyun

99,9

104,2

100,0

102,1

Muzdla işləyənlərin sayı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2026-cı ilin yanvar-iyun aylarında 10633 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6518 nəfər (61,3 faiz), qeyri-dövlət sektorunda isə 4115 nəfər (38,7 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 20,4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 17,5 faizi sənaye (o cümlədən 3,3 faizi mədənçıxarma, 7,8 faizi emal, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 4,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 2,4 faizi tikinti, 0,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 79,6 faizi xidmət sahələrində, o cümlədən 28,6 faizi təhsil, 22,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,4 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,5 faizi maliyyə və sığorta, 0,6 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışanlardır.

Yeni iş yerlərinin açılması

2026-cı ilin yanvar-iyun aylarında hüquqi şəxslər üzrə 118 yeni iş yeri açılmış və 384 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 26-sı yeni, 92-si isə mövcud müəssisə və təşkilatlarda yaradılmışdır.

Cədvəl 24

2025-ci il və 2026-cı ilin yanvar-iyun aylarında yeni açılmış iş yerlərinin xarakteristikası


2025-ci ilin yanvar-iyun aylarında

2026-cı ilin yanvar-iyun aylarında

Yekuna görə xüsusi çəkisi, faizlə

Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi

41

118

100,0

o cümlədən: yeni yaradılmış müəssisə və təşkilatlarda

3

26

22

mövcud müəssisə və təşkilatlarda

38

92

78,0

Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı

362

384

100,0

Əməkhaqqı

2026-cı ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 816,6 manat, həmçinin dövlət sektorunda 764,7 manat, qeyri-dövlət sektorunda 904,3 manat təşkil etmiş, 2025-ci ilin yanvar-iyun aylarına nisbətən rayon üzrə 6,5 faiz artmış, o cümlədən dövlət sektoru üzrə 3,8 faiz artmış, qeyri-dövlət sektoru üzrə isə 10,7 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1841,5 manat, mədənçıxarma sənayesində 1179,2 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 890,1 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 1023,6 manat, maliyyə və sığorta sahəsində 1980,0 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 1047,0 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 831,5 manat təşkil etmişdir.

Cədvəl 25

2026-cı ilin yanvar-iyun aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı

Fəaliyyət növləri

İşçilərin

sayı,

nəfər

Bir işçiyə düşən orta aylıq nominal

əməkhaqqı, manatla

2026-cı ilin yanvar-iyun aylarında

2025-ci ilin yanvar-iyun aylarına

nisbətən,

faizlə

Orta rayon göstəricisinə

nisbətən,

faizlə

Cəmi

10633

816,6

106,5

100,0

ondan: dövlət mülkiyyəti

6518

764,7

103,8

93,6

qeyri-dövlət mülkiyyəti

4115

904,3

110,7

110,7

o cümlədən: Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

58

670,7

96,3

82,1

Mədənçıxarma sənayesi

353

1179,2

116,6

144,4

Emal sənayesi*)

827

1841,5

114,9

225,5

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

196

890,1

101,4

109,0

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

487

695,7

120,9

85,2

Tikinti

250

598,4

112,1

73,3

Ticarət, nəqliyyat vasitələrinin təmiri*)

2359

499,8

99,5

61,2

Nəqliyyat və anbar

təsərrüfatı *)

229

1023,6

111,8

125,3

Turistlərin yerləşdirilməsi və

ictimai iaşə *)

15

584,5

111,7

71,6

İnformasiya və rabitə *)

68

742,9

113,0

91,0

Maliyyə və sığorta fəaliyyəti

161

1980,0

108,9

242,5

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

43

466,1

100,7

57,1

Peşə, elmi və texniki fəaliyyət

41

658,1

97,9

80,6

...ardı

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

30

659,0

114,0

80,7

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

573

1047,0

100,5

128,2

Təhsil

3042

687,3

101,9

84,2

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

1320

831,5

100,9

101,8

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

543

552,4

103,6

67,6

Digər sahələrdə xidmətlərin göstərilməsi

38

848,5

114,7

103,9

*) Fiziki şəxslər nəzərə alınmaqla

Qrafik 7

2026-cı və 2025-ci ilin yanvar-iyun aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla

Demoqrafik vəziyyət

İlkin hesablamalara əsasən rayon əhalisinin sayı 2026-cı ilin yanvar-iyun aylarında əhali 56 nəfər artaraq 01.07.2026-cı il tarixinə 96 min 735 nəfərə olmuşdur. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 138 nəfər təşkil edir.

Cədvəl 26

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri (yanvar- iyun ayları)

Demoqrafik göstəricilər

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları

artım (+)

azalma (-)

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun ayları

2026-cı ilin yanvar-iyun ayları

2025-ci ilin yanvar-iyun aylarına nisbətən,

faizlə

Təbii artım

-11

104

-115

-0,2

2,2

-

Doğulanlar

392

469

-77

8,2

9,8

83,7

Ölənlər

403

365

+38

8,4

7,6

110,5

Nikahlar

226

233

-7

4,7

4,9

95,9

Boşanmalar

79

83

-4

1,6

1,7

94,1

İlkin hesablamalara əsasən Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbələri tərəfindən 2026-cı ilin yanvar-iyun aylarında rayonda 392 nəfər doğulan körpə qeydə alınmış və 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,8-dan 8,2-yə düşmüşdür. 2026-cı ilin yanvar-iyun aylarında rayonda 403 ölüm halı qeydə alınmış və 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 8,4 təşkil etmişdir. 2026-cı ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbəsi tərəfindən 226 nikah, 79 boşanma halları qeydə alınmış və 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 1,7-dən 1,6-ya qədər azalmışdır.

Qrafik 8

2026-cı və 2025-ci ilin yanvar-iyun aylarında demoqrafik göstəricilər, nəfərlə

Qazax Rayon Statistika İdarəsi




Facebook-da paylaş


{sape_links}