• Təqvim

  • Maraq

Qazaxda icra başçısı şəhərin Mir Cəlal Paşayev küçəsində yaşayan vətəndaşların transformatorla bağlı müraciətləri istiqamətində görülmüş işlərlə yerində tanış olub

Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanması hər bir dövlət məmuruna örnəkdir. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

Avqustun 7-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhərin bu günlərdə yeni asfalt örtüyü vurulmuş Mir Cəlal Paşayev küçəsində yaşayan bir qrup sakinin yaşadıqları küçədə yeni transformatorun quraşdırılması ilə müraciətinə əsasən yerində baxış keçirməsi, vətəndaşların müraciətlərini dinləməsi, sözügedən məsələnin həlli istiqamətində görülmüş işlərlə yerində tanış olması rayonda vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

Təqdirəlayiq haldır ki, Qazax Elektrik Şəbəkəsi tərəfindən vətəndaşların qaldırdıqları həmin məsələ artıq öz müsbət həllini tapıb.

Qazax Elektrik Şəbəkəsinin rəisi Şövqi Gözəlov görülmüş işlər barədə məlumat verərək 630 KVA-lıq transformator məntəqəsinin müasir KTM-lə əvəz edildiyini. 5 ədəd istismara yararsız olan 10 KV-luq dayağın yenisi ilə əvəz olunduğunu, 250 abonentin yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edildiyini bildirib.

Sakinlər onlara göstərilən qayğıya, müraciətlərinə həssaslıqla yanaşılmasına, operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bu yaxınlarda yaşadıqları küçənin asfaltlanmasını, bu gün isə Qazax Elektrik Şəbəkəsi tərəfindən görülmüş işləri vətəndaşlara göstərilən qayğının daha bir bariz nümunəsi kimi qiymətləndiriblər. Sakinlər bu işdə əməyi, əziyyəti keçən hər kəsə razılıqlarını ifadə ediblər.




Facebook-da paylaş


{sape_links}