• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda şəhidlərə həsr edilmiş kitabın təqdimatı olub

Respublika mətbuatı Qazax haqqında 


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin Vətən müharibəsi şəhidlərinin xatirəsinə hazırladığı "Müzəffər ordunun qalib igidləri" kitabının Qazaxda təqdimatı keçirilib.
Kitabda Vətən müharibəsində ölümü ilə ölümsüzlüyə yol açan, şəhadəti ilə şəhidlik zirvəsinə ucalan Bakı, Qazax və Masallıdan olan 50 qəhrəman barədə geniş məlumat verilmişdir.
Ədəbiyyat muzeyində keçirilən təqdimat mərasimində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova tədbiri giriş sözü ilə açaraq Vətən müharibəsində canından keçən igid oğulların ömür yolunu gələcək nəsillərə tanıtmağın, xatirələrini əziz tutmağın hər bir azərbaycanlının şərəf işi olduğunu diqqətə çatdırmışdır.  

Sonra kitabın müəllifi, şair-yazıçı, "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin sədri Firuzə Əsədullayeva, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, tibb xidməti leytenantı şəhid Adil Əfəndiyevin atası Qədir Əfəndiyev, şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, şəhid gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva çıxış etmişlər. 

Sonda müəllif kitabını qəhrəmanlarımızın valideynlərinə təqdim etmişdir. 

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri, 

29 noyabr 2022-ci il, səhifə 8




Facebook-da paylaş