Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazaxda şəhidlərə həsr edilmiş kitabın təqdimatı olub
Qazaxda şəhidlərə həsr edilmiş kitabın təqdimatı olub29-11-2022, 10:21 |
Respublika mətbuatı Qazax haqqında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin Vətən müharibəsi şəhidlərinin xatirəsinə hazırladığı "Müzəffər ordunun qalib igidləri" kitabının Qazaxda təqdimatı keçirilib. Sonra kitabın müəllifi, şair-yazıçı, "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin sədri Firuzə Əsədullayeva, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, tibb xidməti leytenantı şəhid Adil Əfəndiyevin atası Qədir Əfəndiyev, şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, şəhid gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva çıxış etmişlər. Sonda müəllif kitabını qəhrəmanlarımızın valideynlərinə təqdim etmişdir. Sabir ƏLİYEV, "Azərbaycan" qəzetinin bölgə müxbiri, 29 noyabr 2022-ci il, səhifə 8 Geri qayıt |