• Təqvim

  • Maraq



Qazaxda tibbi maskadan istifadə etməyənlərə qarşı növbəti reyd

Respublika mətbuatı Qazax haqqında


Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər Qazaxda da uğurla davam etdirilir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər birinin tərkibi 5 nəfərdən ibarət olan 30 mobil qrup da fəaliyyət göstərir.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı növbəti reyd keçiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Rayon Polis Şöbəsində rəis müavini Şakir Rüstəmov və Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Vüqar Məmmədovla birlikdə rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə yaradılmış mobil qrupların fəaliyyəti ilə yerində tanış olublar.
Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı şəhər və kənddaxili marşrut avtobusları, eləcə də minik avtomobilləri yoxlanış məqsədilə saxlanılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyən şəxslərə karantin rejimi qaydaları izah olunub, onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, cərimələniblər.
Reyd ticarət obyektlərində də davam etdirilib. Burada da tibbi maskadan istifadənin vacibliyi barədə obyekt sahiblərinə, satıcı və alıcılara bir daha xəbərdarlıq olunub. "Qazax Avtovağzal” ASC-nin qarşısında, vağzal ərazisində fəaliyyət göstərən mağazalarda, "Brend Shop” geyim mağazasında, "Oba”, "Göyçə”, "Samur” marketlərdə aparılan reyd zamanı vətəndaşlarla COVID-19 pandemiyasından qorunmaq vasitələri barədə maarifləndirici söhbət edilib.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

12 avqust 2020-ci il



Facebook-da paylaş