Qazaxda icra başçısı mobil qrup üzvləri ilə birlikdə maarifləndirmə tədbirində iştirak edib
Azərbaycan
Respublikasının ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının
qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən genişmiqyaslı tədbirlər Qazaxda da uğurla davam etdirilir. Ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin
tələbləri birmənalı şəkildə yerinə yetirilir. Habelə sanitar epidemioloji
normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür. Koronavirus pandemiyası ilə mübarizədə
əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi
fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri mütəmadi
olaraq davam etdirilir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və
kəndlər üzrə hər biri 5
nəfərdən ibarət 30 mobil qrup da yaradılıb. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Ədalət
Əliyev və mobil qrupun üzvləri ilə birlikdə rayonda həyata keçirilən
maarifləndirmə tədbirində iştirak edib. Mərkəzi
bazarda, iri ticarət obyektlərindən "Universam”da, "Nərgiz” və "Mega mall”da
olan rayon rəhbərliyi əhali arasında profilaktik-maarifləndirici söhbətlər
aparıblar.
"Dövlət
tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq hər bir vətəndaşın borcudur”,
- deyən icra başçısı Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi
karantin rejiminin tələblərinə hər kəsin əməl etməli olduğunu bildirib. Vətəndaşlara
koronavirusla mübarizədə ictimai nəzarəti gücləndirməyi, toplu halında
yığışmamağı, qoruyucu maskalardan, dezinfeksiyaedici məhlullardan istifadə
etməyi, şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etməyi, sosial məsafə saxlamağı,
özlərində virusun simptomlarını hiss edən zaman dərhal təcili tibbi yardıma
müraciət etməyi tövsiyə edib. Rayon rəhbəri bu günə kimi pandemiya ilə mübarizədə görülən
işlərin kökündə vətəndaşların sağlamlığının qorunmasının dayandığını bildirib. COVID-19-la
mübarizədə kimliyindən, vəzifəsindən asılı olmadan hər bir vətəndaşın bu
məsələyə məsuliyyətlə yanaşmasını, əsl birlik, həmrəylik nümayiş etdirməsini və
dəstək olmasını bir daha vurğulayıb. İcra başçısı qeyd edib ki,
əgər bu gün ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş
amili dayanırsa, vətəndaşlar da üzərinə düşən işin məsuliyyətini dərk etməli və
öz əməli işləri ilə göstərməlidirlər. Rayon rəhbərliyi ilə səmimi
söhbət edən sakinlər ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən işləri yüksək qiymətləndirərək minnətdarlıqlarını bildiriblər. Rayon rəhbərinin bu cür addımını razılıqla
qarşılayan sakinlər hər zaman onların yanında olduğuna, qayğıları ilə
maraqlandığına və belə çətin vəziyyətdə də onları tək qoymadığına görə təşəkkürlərini
çatdırıblar. Bugünkü maarifləndirmə tədbirini də onlara göstərilən qayğının
daha bir bariz nümunəsi kimi qeyd ediblər. Maarifləndirmə
zamanı tibbi maskadan istifadə etməyən, edilən
xəbərdarlıqlara məhəl qoymayan, verilən tapşırıq və tövsiyələri yerinə yetirməyən
hər bir vətəndaş barəsində ciddi tədbirlər görüləcəyi də diqqətə çatdırılıb. Həmçinin
mobil qrup üzvləri tərəfindən tibbi maskadan istifadə etməyən sakinlərə nümunə
olaraq maska paylanılıb və xəbərdarlıq olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş