Respublika mətbuatı Qazax
haqqında
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah
tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının
qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər Qazaxda
da uğurla davam etdirilir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər
və kəndlər üzrə hər birinin tərkibi 5 nəfərdən ibarət olan 30 mobil qrup da
fəaliyyət göstərir.
Qazax Rayon
Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda
tibbi maskadan istifadə etməyən şəxslərə qarşı növbəti reyd keçiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Rayon Polis
Şöbəsində rəis müavini Şakir Rüstəmov və Rayon Polis Şöbəsinin Dövlət Yol
Polisi bölməsinin rəisi Vüqar Məmmədovla birlikdə rayon ərazisində koronavirus
infeksiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin
yerinə yetirilməsinə nəzarət məqsədilə yaradılmış mobil qrupların fəaliyyəti
ilə yerində tanış olublar.
Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən
keçirilən reyd zamanı şəhər və kənddaxili marşrut avtobusları, eləcə də minik
avtomobilləri yoxlanış məqsədilə saxlanılıb və fərdi tənəffüs yollarını qoruyan
vasitələrdən istifadə etməyən şəxslərə karantin rejimi qaydaları izah olunub,
onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol
tərtib edilərək, cərimələniblər.
Reyd ticarət obyektlərində də davam etdirilib. Burada da tibbi maskadan
istifadənin vacibliyi barədə obyekt sahiblərinə, satıcı və alıcılara bir daha
xəbərdarlıq olunub. "Qazax Avtovağzal” ASC-nin qarşısında, vağzal
ərazisində fəaliyyət göstərən mağazalarda, "Brend Shop” geyim mağazasında,
"Oba”, "Göyçə”, "Samur” marketlərdə aparılan reyd zamanı vətəndaşlarla COVID-19
pandemiyasından qorunmaq vasitələri barədə maarifləndirici söhbət edilib.
Vəli VƏLİYEV,
"Respublika” qəzetinin bölgə müxbiri
12 avqust 2020-ci il
Geri qayıt
|