Qazax Rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri davam edir
Qazax Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümü ilə əlaqədar dahi şəxsiyyətin siyasi irsinin təbliği məqsədilə
"Tarix yazan və yaradan lider” başlığı altında təşkil edilmiş "Açıq qapı” günləri
davam edir. Mayın 6-da təşkil olunmuş "Açıq qapı” günlərində Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin, Qazax Elektrik Şəbəkəsinin, Qazax Rayon Dövlət
Yanğından Mühafizə Hissəsinin, "Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin,
Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Qazax Dövlət Dram Teatrının, Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Qazax rayonu üzrə Maliyyə şöbəsinin, Ağstafa Regional Mədəniyyət idarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının,
M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, Qazax Rayon Mərkəzi Kitabxana Sisteminin,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə
Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Regional Filialının Qazax Rayon Qəbul Şöbəsinin,
107 saylı Qazax Seçki Dairəsinin, Qazax Müalicə Diaqnostika Mərkəzinin, Azərbaycan
Yazıçılar Birliyi Qazax zona filialının, Qazax Rayon Gigiyena və Epidemiologiya
Mərkəzinin, Qazax Magistral Qaz Kəmərləri İdarəsinin, Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və
Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri
İdarəsinin, "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağının, Qazax Mənzil
İstismar Sahəsinin, Qazax Rayon Mədəniyyət Mərkəzinin, Qazax şəhər 2 saylı Uşaq
Musiqi Məktəbinin, Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin
rəhbər və əməkdaşları Heydər Əliyevin adını daşıyan Parka gələrək Ulu Öndərin
abidəsi önünə gül dəstələri düzüblər. Dahi şəxsiyyətin əziz xatirəsini böyük
ehtiramla anıblar. Sonra Heydər Əliyevin adını daşıyan Mərkəzə daxil
olub, fenomenal şəxsiyyətin mənalı ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi
ilə, fotostendlərlə tanış olub, mühazirələr dinləyib, Ulu Öndərə həsr edilmiş
filmlərə baxıblar. "Açıq qapı” günlərinin təşkil olunmasında məqsəd çoxəsrlik
dövlətçilik tariximizdə yeni parlaq səhifə açan, nadir bənzərsiz şəxsiyyət Heydər
Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin gələcək nəsillərə
çatdırılması və təbliğ edilməsidir.
GOYEZEN.AZ
Facebook-da paylaş