Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri davam edir

Qazax Rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri davam edir


6-05-2022, 22:11


Qazax Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar dahi şəxsiyyətin siyasi irsinin təbliği məqsədilə "Tarix yazan və yaradan lider” başlığı altında təşkil edilmiş "Açıq qapı” günləri davam edir.

Mayın 6-da təşkil olunmuş "Açıq qapı” günlərində Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin, Qazax Elektrik Şəbəkəsinin, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, "Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin, Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Qazax Dövlət Dram Teatrının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax rayonu üzrə Maliyyə şöbəsinin, Ağstafa Regional Mədəniyyət idarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, Qazax Rayon Mərkəzi Kitabxana Sisteminin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Regional Filialının Qazax Rayon Qəbul Şöbəsinin, 107 saylı Qazax Seçki Dairəsinin, Qazax Müalicə Diaqnostika Mərkəzinin, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının, Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Qazax Magistral Qaz Kəmərləri İdarəsinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin, "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağının, Qazax Mənzil İstismar Sahəsinin, Qazax Rayon Mədəniyyət Mərkəzinin, Qazax şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin, Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin rəhbər və əməkdaşları Heydər Əliyevin adını daşıyan Parka gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər. Dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anıblar.

Sonra Heydər Əliyevin adını daşıyan Mərkəzə daxil olub, fenomenal şəxsiyyətin mənalı ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə, fotostendlərlə tanış olub, mühazirələr dinləyib, Ulu Öndərə həsr edilmiş filmlərə baxıblar.

"Açıq qapı” günlərinin təşkil olunmasında məqsəd çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan, nadir bənzərsiz şəxsiyyət Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin gələcək nəsillərə çatdırılması və təbliğ edilməsidir.














 






GOYEZEN.AZ


Geri qayıt