• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin 99-cu ildönümünə həsr olunmuş “Açıq qapı” günləri davam edir


Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən 04-10 may 2022-ci il tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar  dahi şəxsiyyətin siyasi irsinin təbliği məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzində "Tarix yazan və yaradan lider” başlığı altında təşkil edilmiş "Açıq qapı” günləri davam edir.

Mayın 5-də təşkil olunmuş "Açıq qapı” günlərində Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və ictimai fəal gənclər, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Heydər Əliyevin adını daşıyan Parka gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anıblar.

Sonra Heydər Əliyevin adını daşıyan Mərkəzə daxil olub, fenomenal şəxsiyyətin mənalı ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə, fotostendlərlə tanış olub, mühazirələr dinləyib, Ulu Öndərə həsr edilmiş filmlərə baxıblar.

"Açıq qapı” günlərinin təşkil olunmasında məqsəd müasir dünya tarixində parlaq və silinməz izlər qoymuş, müdrik dövlət xadimi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi sayəsində misilsiz xidmətləri olan Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tükənməz siyasi irsinin gələcək nəsillərə çatdırılması və təbliğ edilməsidir.



















 

GOYEZEN.AZ



Facebook-da paylaş