• Təqvim

  • Maraq



Məktəblilərə “Azərbaycana qarşı törədilən bütün soyqırımı həqiqətlərinin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır” mövzusunda mühazirə oxunub


Martın 31-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il üçün təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin VIII sinif şagirdlərinə "Azərbaycana qarşı törədilən bütün soyqırımı həqiqətlərinin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır” mövzusunda mühazirə oxunub.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Səidə Qocayeva təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətindən, 1918-ci ilin 31 mart tarixində xalqımıza qarşı ermənilərin törətdikləri cinayətlərdən danışıb. Bildirib ki, xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə,  qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Bu siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Erməni vəhşiləri uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirilmişlər. 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu qanlı faciənin əsl mahiyyəti açıqlanmış və ifşa olunmuşdur. Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir.



 

GOYEZEN.AZ



Facebook-da paylaş