• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “İnsanlığa qarşı törədilən bəşəri cinayət - Xocalı soyqırımı” mövzusunda növbəti tədbir keçirilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında 28 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən fevralın 25-də Qazax Rayon Heydər Əliyev Mərkəzində "İnsanlığa qarşı törədilən bəşəri cinayət - Xocalı soyqırımı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllim və 5-ci sinif şagirdləri iştirak ediblər.

Tədbir Xocalı soyqırımının dəhşətlərini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Sonra soyqırım qurbanlarının, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən, Xocalı faciəsinin acı nəticələrindən şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı soyqırımı qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilir. 1988-ci ilin əvvəllərində  ermənilər Qarabağı  Ermənistana birləşdirmək məqsədilə tarixi planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladılar. 30 il bundan əvvəl törədilmiş Xocalı soyqırımı da məhz erməni vəhşiliyinin sübutudur. Xocalı soyqırımı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin davamı idi. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi "Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının 10 illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Bu soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində dövlətimiz tərəfindən məqsədyönlü fəaliyyət göstərilmiş və bu gün də davam etdirilir. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Məhz bu istiqamətdə aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə tanınır və xatırlanır.


Sonra Mərkəzin bələdçisi Samirə Vəliyeva çıxış edərək bildirib ki, Xocalı soyqırımı qan yaddaşımızdır. Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardığı etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi. Ancaq 2020-ci il sentyabrın 27-də başladılan Vətən müharibəsindəki qələbəmizdən sonra xalqımız Xocalı soyqırımının ildönümünü qalib dövlətin nümayəndələri kimi qeyd edir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu düşmən üzərində tarixi qələbə qazanaraq şəhidlərin, Xocalının günahsız qurbanlarının qisasını aldı.

Sonra söz şagirdlərə verilib. 5-ci sinif şagirdləri Ayan Vəlizadə, Ümid Əlizadə, Nuray Qurbanlı, Fidan Əlizadə, Günəş Əlizadə, Aylin Abdullayeva, Fatimə Kərimova, Gülyaz Məmmədova, Rasim Hüseynov, Zəhra Qurbanəli, Ləman Qocayeva, Əli Paşayev, Fatimə Vəliyevanın iştirakı ilə tədbirin bədii hissəsi başlayıb. Şagirdlər Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndiririb, ədəbi-bədii kompozisiya nümayiş etdirilib. 5-ci sinif şagirdi Gülay Babayeva Xocalı faciəsinə həsr etdiyi rəsmi təqdim edərək faciə haqqında ürək sözlərini bu rəsmdə çatdırmağa çalışdığını qeyd edib. Sonda Xocalı soyqırımına həsr olunmuş kitab sərgisi ilə tanışlıq olub. Məktəbin müəllimləri Sevda Xəlilova və Aidə Həbibova onlara tədbirlərini nümayiş etdirmək üçün yaradılmış gözəl şəraitə görə rayon rəhbərliyinə və Heydər Əliyev Mərkəzinin kollektivinə öz dərin təşəkkürlərini bildiriblər.













 

GOYEZEN.AZ



Facebook-da paylaş