• Təqvim

  • Maraq



“İnsanlığa qarşı törədilmiş bəşəri cinayət - Xocalı soyqırımı” mövzusunda tədbirlər davam etdirilir


Müasir dünya tarixində insanlığa qarşı terror aktı kimi yaddaşlara yazılmış Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən "İnsanlığa qarşı törədilmiş bəşəri cinayət - Xocalı soyqırımı” mövzusunda tədbirlər davam etdirilir.

Fevralın 24-də təşkil edilmiş növbəti tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının Tarix fakültəsinin müəllimi Zeynəb Mustafayeva və IV kurs tələbələri iştirak ediblər. Tədbir qan yaddaşımız olan Xocalı faciəsinin dəhşətlərini real kadrlarla özündə əks etdirən "Xocalı soyqırımı - 30” filminin nümayişi ilə başlayıb.

 

Tələbələr muzeyi ekskursiya edərək Heydər Əliyevin həyat və siyasi fəaliyyəti ilə də yaxından tanış olublar. Dahi şəxisyyətin keçdiyi ömür yolu, Azərbaycanın inkişafı, müstəqilliyi uğrunda misilsiz fəaliyyəti haqqında mühazirəni dinləyiblər. Heydər Əliyev tərəfindən əsası qoyulmuş infrastruktur layihələrin tarixi haqqında və böyük şəxsiyyətə həsr edilmiş kitab sərgiləri ilə tanış olublar.

Daha sonra tələbələrə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi yazılmış Xocalı faciəsi, faciənin acı fəsadları, faciə zamanı ermənilərin vəhşilik izləri, soyqırımın beynəlxalq ictimaiyyət tərəfindən tanıdılması, faciəyə beynəlxalq siyasi qiymətin verilməsi, soyqırıma ilk siyasi-hüquqi qiymətin verilməsi, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya Ədalət” kampaniyası haqqında ətraflı məlumat verilib.


 

GOYEZEN.AZ



Facebook-da paylaş