• Təqvim

  • Maraq



Ulu Öndərin anım gününə həsr olunmuş növbəti “Açıq qapı” günündən...


Azərbaycan Respublikasının yaradıcısı və onu ən yaxşı ənənələrlə zənginləşdirən, inkişaf etdirən Heydər Əliyev dühasına olan böyük sayğı və ehtiram bu gün də var, sabah da olacaq... Adı artıq bəşəriləşmiş Heydər Əliyev öz qüdrəti və uzaqgörənliyi, müdrikliyi və dərin zəkası, qətiyyəti və casarəti, zaman və məkan amilini düzgün qiymətləndirmək məharəti, bir sözlə, qeyri-adi keyfiyyətləri ilə dünyada tanınmış böyük siyasət adamına, yaratdığı və ölməz ideyaları ilə yaşatdığı müstəqil Azərbaycanda dahi rəhbər və sevimli lider zirvəsinə yüksəlmişdir. Bütün bu və ya digər xidmətləri ilə Heydər Əliyev siyasətçidən, dövlət başçısından daha öncə öz xalqına, Vətəninə, torpağına sözün əsl mənasında sədaqətlə xidmət edən HƏMİŞƏYAŞAR VƏTƏNDAŞ oldu. Bununla da O, həm müstəqil Azərbaycanımızı, həm də özünü bəşər tarixində əbədiləşdirdi.  Məhz bunlara görə  Azərbaycan xalqının qəlbində Ulu Öndərin parlaq xatirəsi əbədi yaşayacaqdır.

Dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin böyük rolu vardır. Bu missiyanı böyük məsuliyyətlə həyata keçirən Qazax Rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin xatirəsini yad etmək, Onun həyatını, siyasi fəaliyyətini təbliğ etmək məqsədilə hər il elan etdiyi "Açıq qapı” günlərini bu il də davam etdirir. Artıq ənənə halını almış "Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının və siyasi irsinin təbliğ etdirilməsi ilə yanaşı, həm də dahi şəxsiyyətin xatirəsini böyük hörmət və ehtiramla yad etməkdir.

Bu məqsədlə rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, əziz xatirəsini böyük ehtiramla anırlar. 

Dekabrın 12-dək davam edəcək "Açıq qapı” günlərində ziyarətçilər dahi liderin həyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya edərək Heydər Əliyevin keçdiyi ömür yolu, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edən mühazirələr dinləyib, fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olub, filmlərə baxacaqlar.  

Bugünkü "Açıq qapı” günündə "Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin Qazax nümayəndəliyinin, Qazax Rayon Gənclər və İdman İdarəsinin, "Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin, Mənzil İstismar Sahəsinin, 107 saylı Qazax Seçki Dairəsinin, "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağının, "Socar Petroleum” QSC-nin 07 saylı Qazax Neft Terminalı bazasının, Dövlət Məşğulluq Agentliyi 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialının, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin, Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin, Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin, Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin, Daş Salahlı kənd Mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, məktəblilər iştirak ediblər.

Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini anıblar. Sonra Ümummilli Liderin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış "Dahi şəxsiyyətin ibrətamiz həyat yolu” adlı videoçarx nümayiş etdirilib. 

Ziyarətçilərə mütərəqqi ideyaları, idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fədakar xidmətləri, milli məqsədləri önə çəkən siyasətibarədə məlumat verilib.





 







 

 

GOYEZEN.AZ



Facebook-da paylaş