• Təqvim

  • Unutma

  • Maraq



Ulu Öndərin anım gününə həsr olunmuş “Açıq qapı” günləri davam edir


Azərbaycan Respublikasının yaradıcısı və onu ən yaxşı ənənələrlə zənginləşdirən, inkişaf etdirən Heydər Əliyev dühasına olan böyük sayğı və ehtiram bu gün də var, sabah da olacaq... Adı artıq bəşəriləşmiş Heydər Əliyev öz qüdrəti və uzaqgörənliyi, müdrikliyi və dərin zəkası, qətiyyəti və casarəti, zaman və məkan amilini düzgün qiymətləndirmək məharəti, bir sözlə, qeyri-adi keyfiyyətləri ilə dünyada tanınmış böyük siyasət adamına, yaratdığı və ölməz ideyaları ilə yaşatdığı müstəqil Azərbaycanda dahi rəhbər və sevimli lider zirvəsinə yüksəlmişdir. Bütün bu və ya digər xidmətləri ilə Heydər Əliyev siyasətçidən, dövlət başçısından daha öncə öz xalqına, Vətəninə, torpağına sözün əsl mənasında sədaqətlə xidmət edən HƏMİŞƏYAŞAR VƏTƏNDAŞ oldu. Bununla da O, həm müstəqil Azərbaycanımızı, həm də özünü bəşər tarixində əbədiləşdirdi.  Məhz bunlara görə  Azərbaycan xalqının qəlbində Ulu Öndərin parlaq xatirəsi əbədi yaşayacaqdır.

Dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin böyük rolu vardır. Bu missiyanı böyük məsuliyyətlə həyata keçirən Qazax Rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin xatirəsini yad etmək, Onun həyatını, siyasi fəaliyyətini təbliğ etmək məqsədilə hər il elan etdiyi "Açıq qapı” günlərini bu il də davam etdirir. Artıq ənənə halını almış "Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə örnək olan həyatını və siyasi fəaliyyətini, Azərbaycanın müstəqil və suveren dövlət kimi tanınması üçün apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Heydər Əliyev məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etməkdir.

Öz dahi rəhbərinə sonsuz sevgi və hörmətini bildirmək üçün rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. 

Bugünkü "Açıq qapı” günündə isə Qazax Rayon Təhsil şöbəsinin, Qazax Sement zavodunun, Qazaxbəyli kənd kitabxanası və sənətkarlıq evinin kollektivləri, BDU-nun Qazax filialının və Peşə liseyinin tələbələri müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin xatirəsini yad etmək üçün gün ərzində abidəni ziyarət ediblər. Mərkəzin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Zamanın dühası" başlıqlı sərgi ilə tanış olublar. Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin hər bir anını özündə əks etdirən mühazirələr dinləyib, filmə baxıblar.

Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcək.













GOYEZEN.AZ



Facebook-da paylaş