Azərbaycan
Respublikasının yaradıcısı və onu ən yaxşı ənənələrlə zənginləşdirən, inkişaf
etdirən Heydər Əliyev dühasına olan böyük sayğı və ehtiram bu gün də var, sabah
da olacaq... Adı artıq bəşəriləşmiş Heydər Əliyev öz qüdrəti və uzaqgörənliyi,
müdrikliyi və dərin zəkası, qətiyyəti və casarəti, zaman və məkan amilini
düzgün qiymətləndirmək məharəti, bir sözlə, qeyri-adi keyfiyyətləri ilə dünyada
tanınmış böyük siyasət adamına, yaratdığı və ölməz ideyaları ilə yaşatdığı müstəqil
Azərbaycanda dahi rəhbər və sevimli lider zirvəsinə yüksəlmişdir. Bütün bu
və ya digər xidmətləri ilə Heydər Əliyev siyasətçidən, dövlət başçısından daha
öncə öz xalqına, Vətəninə, torpağına sözün əsl mənasında sədaqətlə xidmət edən
HƏMİŞƏYAŞAR VƏTƏNDAŞ oldu. Bununla da O, həm müstəqil Azərbaycanımızı, həm də
özünü bəşər tarixində əbədiləşdirdi. Məhz bunlara görə Azərbaycan
xalqının qəlbində Ulu Öndərin parlaq xatirəsi əbədi yaşayacaqdır.
Dahi
şəxsiyyətin həyat və siyasi fəaliyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin
böyük rolu vardır. Bu missiyanı böyük məsuliyyətlə həyata keçirən Qazax Rayon
Heydər Əliyev Mərkəzi Ulu Öndərin xatirəsini yad etmək, Onun həyatını, siyasi fəaliyyətini
təbliğ etmək məqsədilə hər il elan etdiyi "Açıq qapı” günlərini bu il də davam
etdirir. Artıq ənənə halını almış "Açıq qapı” günlərinin
təşkil edilməsində məqsəd dahi şəxsiyyətin
gələcək nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək,
Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri,
göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının
və siyasi irsinin təbliğ etdirilməsi ilə yanaşı, həm də dahi şəxsiyyətin
xatirəsini böyük hörmət və ehtiramla yad etməkdir.
Bu məqsədlə rayonun idarə, müəssisə və təşkilatların
kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon
məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək
abidəsi önünə gül dəstələri düzür, əziz xatirəsini böyük ehtiramla
anırlar.
Dekabrın 12-dək davam edəcək "Açıq qapı” günlərində ziyarətçilər dahi
liderin həyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya edərək
Heydər Əliyevin keçdiyi ömür yolu, xalqımızın tarixi taleyində, mənəvi, siyasi
və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edən
mühazirələr dinləyib, fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış
olub, filmlərə baxacaqlar.
Bugünkü "Açıq qapı” günündə "Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin
Qazax nümayəndəliyinin, Qazax Rayon Gənclər və İdman İdarəsinin, "Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin, Mənzil İstismar Sahəsinin, 107 saylı Qazax
Seçki Dairəsinin, "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya
Qovşağının, "Socar Petroleum” QSC-nin 07 saylı Qazax Neft Terminalı bazasının, Dövlət Məşğulluq Agentliyi 22 saylı Ərazi Məşğulluq
Mərkəzi filialının, Qazax şəhər
Qaratel Hacımahmudova adına ümumi orta məktəbin, Səlamət Həsənov adına Bala
Çaylı kənd tam orta məktəbin, Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin,
Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin, Daş Salahlı kənd Mədəniyyət
müəssisələrinin rəhbərləri və əməkdaşları, məktəblilər iştirak
ediblər.
Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül
dəstəsi düzüb əziz xatirəsini anıblar. Sonra
Ümummilli Liderin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan
ibarət sərgi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda
ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış "Dahi
şəxsiyyətin ibrətamiz həyat yolu” adlı videoçarx nümayiş etdirilib.
Ziyarətçilərə mütərəqqi ideyaları, idarəçilik
keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fədakar
xidmətləri, milli məqsədləri önə çəkən siyasətibarədə məlumat verilib.
GOYEZEN.AZ
Geri qayıt
|