• Təqvim

  • Maraq



Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarixin yetirdiyi görkəmli şəxsiyyət” adlı tədbir keçirilib


Dekabrın 9-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin birgə təşkilatçılığı ilə dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar "Tarixin yetirdiyi görkəmli şəxsiyyət” adlı tədbir keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq mütərəqqi ideyaları, idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fədakar xidmətləri haqqında məktəblilərə geniş məlumat verib. Bildirib ki, Heydər Əliyev müdrik siyasətçi, liderlik qabiliyyəti ilə hər zaman xalqının və millətinin yanında olmağı bacardı, mükəmməl dövlət quruculuğu kursu işləyib hazırlayaraq bu kursu böyük uğurla davam etdirə bilən layiqli siyasi varis yetişdirdi. Məhz bu siyasət sayəsində bu gün Azərbaycan sabit, firavan və qalib dövlət kimi dünyaya özünü sübut etdi.

 

Qazax Rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin direktoru Şəhla Bayramova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirməsindən danışıb. Ş.Bayramova qeyd edib ki, Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi olması üçün möhkəm təməl qoydu, bu təməl dahi şəxsiyyətin siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmlənib, daha da sarsılmaz olub.

 

Qazax Rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin tarix müəllimi Aygün Musayeva Heydər Əliyevin öz xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışaraq bildirib ki, Ulu Öndər millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt və layiqli siyasi varis qoydu. Onun həyatı və siyasi fəaliyyəti böyük məktəbdir və Azərbaycanın tərəqqisi, inkişafı naminə bu məktəb daim öyrənilməlidir.

Sonra söz Qazax Rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin şagirdlərinə verilib. Məktəblilərdən Əfşan Mahmudova, Nicat Abdalov, Fidan Məmmədova, Əsma Mahmudova, Məhəmməd Quliyev, Nihan Qədirli, Əsma Abbaszadə, Tapdıq Tanrıverdiyev, İbrahim Xəlilov, Sədaqət Umudova, Ayxan Bayramov, Samirə Vəliyeva, Aysu Əhmədli, Jalə Vəliyeva, Murad Abdalov, Mübariz Abdullayev, Svetlana Vəliyeva, Ayan Xasməmmədova, Nuray Nəbiyeva, Əminə Sadıqova  Ulu Öndərə həsr edilmiş şeirlər və bədii kompozisiyalarla çıxış ediblər. Tədbir Muzeyin ekskursiyası iləbaşa çatıb.












 

 

GOYEZEN.AZ



Facebook-da paylaş