Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdləri də Ulu Öndərin xatirəsini yad edib
Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qaratel Hacımahmudova
adına şəhər ümumi orta məktəbin birgə təşkilatçılığı
ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri
qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq böyük şəxsiyyətin həyat və
siyasi fəaliyyəti, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri
haqqında geniş məlumat verib. Bu gün Heydər Əliyevin amallarının, bütün mənalı
ömrünü həsr etdiyi, canından ziyadə sevdiyi, özünün şah əsəri olan müstəqil Azərbaycanın
sürətlə inkişaf etdiyini qeyd edib. Dahi şəxsiyyətin xalqına miras qoyduğu Azərbaycanın
inkişafı naminə yürütdüyü məqsədyönlü siyasətin, xalqına olan sevgisinin bu gün
onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən olduğu kimi icra edildiyini
bildirib.
Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək ölkədə sabitliyin əldə olunmasında, Azərbaycanın dünya ölkələri
arasında nüfuzunun yüksəldilməsində Ümummilli Lider Heydər Əliyevin
saysız-hesabsız xidmətləri olduğunu vurğulayıb və bu haqda ətraflı məlumat verib.
Sonra məktəbin şagirdlərindən Halə Camalova, Əsmər Hüseynova, Səadət Camalova,
Əsgər Hacıyev, Nərmin İsgəndərova və başqaları Ulu Öndərin xatirəsinə həsr
olunmuş şeirlər söyləyiblər.
Tədbir dahi şəxsiyyətə həsr olunmuş anım filminin izlənməsi ilə başa
çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş