“Azərbaycanın dilbər guşəsi - Ağdam”
Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və
Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri
boşaltmağa məcbur etdi. Azərbaycan
Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata
əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan
ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən,
qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən
sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa
başladı. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ağdamın
düşmən tapdağından azad edilməsinin birinci ildönümü qeyd olunub. Noyabrın 20-də Qazax Rayon İcra Hakimiyyətinin və
Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ağdam rayonunun
işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş "Azərbaycanın dilbər guşəsi - Ağdam” adlı tədbir keçirilib. Tədbirdə Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam
orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Tədbir
Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış Ağdam rayonunun
işğaldan azad olunmasının birinci ildönümünə həsr olunmuş videoçarxın nümayişi
ilə başlayıb.
Sonra torpaqlarımızın
ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru
Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq Ağdam rayonu haqqında geniş məruzə
ilə çıxış edib. C.Hüseynova bildirib ki, Ağdam
rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kv.km olan rayonun relyefi əsasən
düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli
torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində,
Kür-Araz ovalığının qərbində yerləşir. Qarabağın ürəyi sayılan Ağdamın qədim
tarixi abidələri minillik keşməkeşli günlərdən keçərək bu günə qədər gəlib
çatmışdır. 2020-ci ilin 27 sentybrında Azərbaycan Ordusunun əks-hücum əməliyyatları
iləbaşlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın
tarixi qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi
bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi.Rəsmi İrəvanın işğalçı siyasətinə Azərbaycan tərəfindən son qoyuldu. 44 gündən
sonra Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti
ilə Şanlı Qələbə qazandıq. Azərbaycan Ordusu
döyüş meydanında 44 günə üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli
hissəsi bir ay ərzində döyüş meydanında düşməndən azad edildi. Düşməni məğlub
edərək möhtəşəm qələbəni qazandıq. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində
imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal
olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının
qarşısı alınıb. Bu,
eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş
meydanında, həm siyasi müstəvidə qazanıb. Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd
tam orta məktəbin müəllimi Rüxsarə Yunusova çıxış edərək qeyd edib ki, digər işğal edilmiş rayonlar kimi Ağdam da Azərbaycanın
dilbər guşələrindən biridir. Ötən nəsillərin qızıl əlləri ilə qurulub yaradılan
Ağdam şəhərində, kəndlərimizdə, hər bir divarında, daşında ata- babalarımızın
alın təri, qeyrəti, odlu nəfəsi, nənələrimizin əməyi, hünəri var. Lakin bu gün
ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərindən sonra məlum oldu
ki, cənnətməkan Ağdam 30 illik işğal nəticəsində tamamilə dağıdılıb, viran
edilib. Bütün bu illər ərzində nəinki ağdamlılar, bütün Azərbaycan xalqı
işğalla barışmadı. Azərbaycan döyüş
meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bildi.
Ermənistan uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır. İşğalçı Ermənistan
döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. İşğalçlıq
siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil
ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Azərbaycan xalqı özü beynəlxalq
qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Azərbaycan Ordusu döyüş meydanında 44 günə üstünlüyünü sübut etdi. Tədbir
Muzeyin ekskursiyası ilə sona çatıb. GOYEZEN.AZ
Facebook-da paylaş