Əsas Səhifə > Mədəniyyət > “Azərbaycanın dilbər guşəsi - Ağdam”

“Azərbaycanın dilbər guşəsi - Ağdam”


20-11-2021, 20:59


Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ağdamın düşmən tapdağından azad edilməsinin birinci ildönümü qeyd olunub.

Noyabrın 20-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ağdam rayonunun işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş "Azərbaycanın dilbər guşəsi - Ağdam” adlı tədbir keçirilib.

Tədbirdə Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbir Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış Ağdam rayonunun işğaldan azad olunmasının birinci ildönümünə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.



Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq Ağdam rayonu haqqında geniş məruzə ilə çıxış edib. C.Hüseynova bildirib ki, Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kv.km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli günlərdən keçərək bu günə qədər gəlib çatmışdır. 2020-ci ilin 27 sentybrında Azərbaycan Ordusunun əks-hücum əməliyyatları iləbaşlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi.Rəsmi İrəvanın işğalçı siyasətinə Azərbaycan tərəfindən son qoyuldu. 44 gündən sonra Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti ilə Şanlı Qələbə qazandıq. Azərbaycan Ordusu döyüş meydanında 44 günə üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində döyüş meydanında düşməndən azad edildi. Düşməni məğlub edərək möhtəşəm qələbəni qazandıq. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. 


Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin müəllimi Rüxsarə Yunusova çıxış edərək qeyd edib ki, digər işğal edilmiş rayonlar kimi Ağdam da Azərbaycanın dilbər guşələrindən biridir. Ötən nəsillərin qızıl əlləri ilə qurulub yaradılan Ağdam şəhərində, kəndlərimizdə, hər bir divarında, daşında ata- babalarımızın alın təri, qeyrəti, odlu nəfəsi, nənələrimizin əməyi, hünəri var. Lakin bu gün ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərindən sonra məlum oldu ki, cənnətməkan Ağdam 30 illik işğal nəticəsində tamamilə dağıdılıb, viran edilib. Bütün bu illər ərzində nəinki ağdamlılar, bütün Azərbaycan xalqı işğalla barışmadı. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bildi. Ermənistan uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. İşğalçlıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Azərbaycan Ordusu döyüş meydanında  44 günə üstünlüyünü sübut etdi.

Tədbir Muzeyin ekskursiyası ilə sona çatıb.




GOYEZEN.AZ


Geri qayıt