Qazax Tarix-Diyarşünaslıq Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tariximizi öyrənək" adlı növbəti aksiya təşkil olunub
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı
qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq
Azərbaycan Ordusunun başladığı sonradan "Dəmir yumruq” adlandırılan
əks-hücum əməliyyatı 44 gün davam etdi. 44 gün sonra Vətən müharibəsi təxminən
otuzillik işğala son qoydu və ərazi bütövlüyümüz bərpa edildi. Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə
qızıl hərflərlə yazıldı. Vətən müharibəsində qazandığımız və bu gün qürurla
səsləndirdiyimiz Böyük Zəfər bir neçə gün sonra təntənə ilə qeyd ediləcək. Bu,
o şanlı Zəfərdir ki, ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan
Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il 8 noyabrda Zəfər Günü
kimi qeyd ediləcək. Respublikamızın hər yerində olduğu kimi, 8
Noyabr – Zəfər Günü Qazaxda da silsilə tədbirlərlə qeyd
olunur. Vətən müharibəsinin birinci ildönümünün
keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq artıq bir neçə
gündür ki, Qazax Tarix-Diyarşünaslıq Muzeyində təşkil edilən "Açıq
qapı" aksiyası bu gün də davam edib. "Tariximizi öyrənək" adı
altında start götürən "Açıq qapı” aksiyasının əsas məqsədi tariximizi
öyrənmək, Vətən uğrunda canlarını fəda edən igid qəhrəmanlarımızı tanıtmaqdır.
Bugünkü aksiyanın iştirakçıları Qazax şəhər Firuddin
Şamoyev adına 4 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri olub. Məktəblilər və gənclər muzeylə, eləcə də
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 44 günlük Vətən
müharibəsi və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış
guşə ilə yaxından tanış olublar. Muzeyin ikinci mərtəbəsində 338 nəfər Qazaxın
igid, qəhrəman oğlunun xatirəsinə yaradılan bu guşənin şəhidlərimizə olan
ehtiramı özündə əks etdirdiyi diqqətə çatdırılıb. İştirakçılara Qazaxın tarixi,
dünəni, bu günü barədə ətraflı məlumat verilib. İllər ötsə belə 8 Noyabr - Zəfər Gününün tariximizin
qəhrəmanlıq salnaməsi kimi hər zaman qürurla qeyd olunacağı bildirilib. 44
günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında rəşadətli Azərbaycan Ordusunun qazandığı
tarixi Qələbəyə görə Ali Baş Komandana, müzəffər ordumuza, şəhidlərimizə,
qazilərimizə borclu olduğumuz qeyd edilib. Şəhidlərimizi yaxından tanımaq üçün
bu cür ziyarətlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb. Sonra şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib,
əziz xatirələri ehtiramla anılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş