Qazaxda “Xocalı, qisasın alındı!” mövzusunda videokonfrans keçirilib
Fevralın 24-də
Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu
ildönümü ilə əlaqədar "Xocalı, qisasın alındı!” mövzusunda videokonfrans
keçirilib. Onlayn formatda
Zoom platforması üzərindən keçirilən tədbirdə Namiq Vəliyev adına Qazax şəhər 5
nömrəli tam orta məktəbin III sinif şagirdləri və ibtidai sinif müəllimi Rüxsarə
Əhmədova iştirak ediblər. Tədbir
iştirakçılarını salamlayan Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Ceyhunə Hüseynova şagirdlərə Xocalı faciəsi haqqında danışıb. Faciə barədə ətraflı
məlumat çatdıraraq bildirib ki, tarix heç nəyi unutmur. 200 ilə yaxın bir müddətdə
erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və
soyqırım siyasətinin ən dəhşətlisi, ən qanlı səhifəsi Xocalı soyqırımıdır. 613
nəfərin şəhid, neçə-neçə insanın şikəst, əsir olduğu, 8 ailənin bütövlükdə məhv
edildiyi bu faciə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin
növbəti və ən qəddarcasına törətmiş olduqları terror aktıdır. Məhz bu faciə ermənilərin
antiazərbaycan siyasətinin məntiqi nəticəsidir və bu qətliam nəinki azərbaycanlılara,
bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş bir vəhşilikdir. Mülki əhalinin
planlı və məqsədli şəkildə vəhşicəsinə qətlə yetirilməsi beynəlxalq hüquq
normalarının kobud şəkildə pozulmasıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında 44 günlük Vətən müharibəsindən, şanlı ordumuzun həmin müharibədə əldə
etdiyi Zəfərdən söz açan Mərkəzin direktoru qazandığımız tarixi Qələbə ilə
yanaşı, qan yaddaşımıza yazılan faciələri də öyrənmələrini bildirib. Qazax şəhər 5 nömrəli
tam orta məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova faciə haqqında ürək sözlərini çatdıraraq bu
gün yetişməkdə olan gənc nəslə və yeniyetmələrə öz tarixi keçmişlərini
unutmamağı, tarixin yaddaşına qanla yazılmış faciələri hər zaman xatırlamağı
tövsiyə edib. Sonda söz məktəblilərə
verilib, şagirdlər Xocalı faciəsinə və faciə qurbanlarına həsr olunmuş şeirlər söyləyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş