“İşğaldan azad edilmiş ərazilərimizin mədəni irsi” mövzusunda videokonfrans formatında görüş keçirilib
Fevralın 16-da Qazax
Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qazax, Ağdam, Füzuli, Kəlbəcər,
Cəbrayıl, Xocalı Tarix-Diyarşünaslıq Muzeylərinin iştirakı ilə "İşğaldan azad edilmiş ərazilərimizin
mədəni irsi” mövzusunda Zoom platforması üzərindən videokonfrans formatında
görüş keçirilib. Görüşdə Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən işğaldan azad
edilmiş rayonlarımızın maddi-mədəni irsindən, həmin ərazilərdəki abidələrin tarixindən, müasir vəziyyətindən danışılıb. Videokonfrans
iştirakçılarını salamlayan Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə
Hüseynova işğaldan azad edilmiş ərazilərimizin mədəni irsindən danışaraq bildirib
ki, Azərbaycan öz torpaqlarını düşməndən azad etməklə yeni bir dövrə qədəm
qoydu. Ermənistan terrorçu, mənşəyi naməlum, insanlıqdan kənar, humanizmdən uzaq bir ölkədir. Həm də
monoetnik ölkə olan Ermənistan 30 ilə yaxın bir dövrdə təkcə xalqımıza qarşı
soyqırım, etnik təmizləmə deyil, həm də "Mədəniyyət soyqırımı” aparmışdır. Təkcə
torpaqlarımızı deyil, o torpaqlarda olan maddi-mədəniyyət abidələrimizi də
işğal altında saxlayıblar. Ərazilərimiz işğaldan azad olunanda biz erməni
vandalizmi ilə üz-üzə qaldıq. Şahid olduq ki, ermənilər nəinki torpaqları işğal
edib, ordakı bütün insan izlərini yer üzündən silmək üçün evləri söküb,
ağacları kəsib, abidələri yerlə-yeksan ediblər. Sonra söz
videokonfrans iştirakçılarına verilib. Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin
direktoru Elçin Əsədov, Xocalı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tofiq Məmmədov,
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Əsgərov, Ağdam Tarix-Diyarşünaslıq
Muzeyinin direktoru Ülvi Qədirov, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
Gülnaz Alişanova, Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin Baş fond mühafizi Aytən
Fətullayeva çıxış edərək işğaldan azad edilmiş hər bir rayonun tarix mədəniyyət
abidələri haqqında, Muzeylərin yaranma tarixi, eksponatları haqqında məlumatlar
veriblər. Çıxışlarda ümumi fikir ifadə olunub ki, Cənubi Qafqaz ən qədim insan
məskənləri olduğu üçün Dağlıq və Aran Qarabağda mədəniyyət abidələrimiz çoxdur.
Lakin mənfur düşmən tərəfindən ərazilər işğal olunduqdan sonra orada olan tarix
və mədəniyyət abidələrimiz dağıntılara və talana məruz qalıblar. ”Azərbaycan
Respublikasının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin
təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr
tarixli, 1170 nömrəli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan
Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq hər rayon üzrə xüsusi
idarəetmə işini həyata keçirən müvəqqəti komendantlıqlar yaradılıb. Həmin
komendantlıqların nəzdində aidiyyəti dövlət orqanlarının, o cümlədən Mədəniyyət
Nazirliyinin əməliyyat qərargahları yaradılıb. Fərmanın 7.8 bəndində müvəqqəti
komendantlıqlara tarix və mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və
mühafizəsi ilə bağlı işlər tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin apardığı uğurlu diplomatiya sayəsində artıq azad edilmiş ərazilərdə
bərpa işlərinə başlanılıb, yeni yollar çəkilir, infrastruktur obyektlər inşa
edilir, tezliklə Qarabağda yeni həyat başlanacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş