• Təqvim

  • Maraq



Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn videokonfrans keçirilib


Dekabrın 12-si böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini minnətdarlıqla və böyük ehtiramla yad edir. Bu gün tam əminliklə söyləyə bilərik ki, müstəqil və qüdrətli Azərbaycan böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsəridir. 

Dekabrın 11-də "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümünəhəsr olunmuş onlayn videokonfrans keçirilib.

Videokonfrans iiştirakçıları əvvəlcə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Konfransı giriş sözü ilə açan Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolundan bəhs edib. Ulu Öndərin xidmətlərinin nəticəsi olaraq, sütunları möhkəm bir dövlət miras qoyub getdiyini və Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq dövlətimizin daha da inkişaf etdiyini vurğulayıb. Heydər Əliyev kimi şəxsiyyətləri tarixin çox nadir hallarda yetişdirdiyini diqqətə çatdıran V.Nəbiyev onu zəmanəmizin dühası adlandırıb. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızın hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoyduğunu qeyd edib. Ulu Öndərin təməlini qoyduğu ordu sayəsində tarixi torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Ümummilli Liderin dövlətçilik təcrübəsinin və siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycanın böyük uğurlara imza atdığını vurğulayıb. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində müasir və müstəqil Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıb.

"Zoom” platforması üzərindən təşkil olunan videokonfransda Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova və Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Şəhadət Abbasov mövzu ətrafında geniş çıxış ediblər. Çıxışlarda ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycanın daha da möhkəmlənməsi üçün həyata keçirdiyi siyasətin nəhəng nəticələrindən danışılıb. Qeyd olunub ki, Heydər Əliyev şəxsiyyətini tarixi missiyasını yüksək dəyərləndirən xalqımız bundan sonra da Ulu Öndərimizin əziz xatirəsini qəlbində yaşadacaq.




GOYEZEN.AZ



Facebook-da paylaş