Əsas Səhifə > Mədəniyyət > “İşğaldan azad edilmiş ərazilərimizin mədəni irsi” mövzusunda videokonfrans formatında görüş keçirilib

“İşğaldan azad edilmiş ərazilərimizin mədəni irsi” mövzusunda videokonfrans formatında görüş keçirilib


16-02-2021, 21:49


Fevralın 16-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qazax, Ağdam, Füzuli, Kəlbəcər, Cəbrayıl, Xocalı Tarix-Diyarşünaslıq Muzeylərinin  iştirakı ilə "İşğaldan azad edilmiş ərazilərimizin mədəni irsi” mövzusunda Zoom platforması üzərindən videokonfrans formatında görüş keçirilib.

Görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən işğaldan azad edilmiş rayonlarımızın maddi-mədəni irsindən, həmin ərazilərdəki   abidələrin tarixindən, müasir vəziyyətindən danışılıb.

Videokonfrans iştirakçılarını salamlayan Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova işğaldan azad edilmiş ərazilərimizin mədəni irsindən danışaraq bildirib ki, Azərbaycan öz torpaqlarını düşməndən azad etməklə yeni bir dövrə qədəm qoydu. Ermənistan terrorçu, mənşəyi naməlum, insanlıqdan kənar,  humanizmdən uzaq bir ölkədir. Həm də monoetnik ölkə olan Ermənistan 30 ilə yaxın bir dövrdə təkcə xalqımıza qarşı soyqırım, etnik təmizləmə deyil, həm də "Mədəniyyət soyqırımı” aparmışdır. Təkcə torpaqlarımızı deyil, o torpaqlarda olan maddi-mədəniyyət abidələrimizi də işğal altında saxlayıblar. Ərazilərimiz işğaldan azad olunanda biz erməni vandalizmi ilə üz-üzə qaldıq. Şahid olduq ki, ermənilər nəinki torpaqları işğal edib, ordakı bütün insan izlərini yer üzündən silmək üçün evləri söküb, ağacları kəsib, abidələri yerlə-yeksan ediblər.

Sonra söz videokonfrans iştirakçılarına verilib. Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov, Xocalı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tofiq Məmmədov, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Əsgərov, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin Baş fond mühafizi Aytən Fətullayeva çıxış edərək işğaldan azad edilmiş hər bir rayonun tarix mədəniyyət abidələri haqqında, Muzeylərin yaranma tarixi, eksponatları haqqında məlumatlar veriblər. Çıxışlarda ümumi fikir ifadə olunub ki, Cənubi Qafqaz ən qədim insan məskənləri olduğu üçün Dağlıq və Aran Qarabağda mədəniyyət abidələrimiz çoxdur. Lakin mənfur düşmən tərəfindən ərazilər işğal olunduqdan sonra orada olan tarix və mədəniyyət abidələrimiz dağıntılara və talana məruz qalıblar. ”Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin  2020-ci il 29 oktyabr tarixli, 1170 nömrəli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq hər rayon üzrə xüsusi idarəetmə işini həyata keçirən müvəqqəti komendantlıqlar yaradılıb. Həmin komendantlıqların nəzdində aidiyyəti dövlət orqanlarının, o cümlədən Mədəniyyət Nazirliyinin əməliyyat qərargahları yaradılıb. Fərmanın 7.8 bəndində müvəqqəti komendantlıqlara tarix və mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı işlər tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu diplomatiya sayəsində artıq azad edilmiş ərazilərdə bərpa işlərinə başlanılıb, yeni yollar çəkilir, infrastruktur obyektlər inşa edilir, tezliklə Qarabağda yeni həyat başlanacaq.












 

GOYEZEN.AZ


Geri qayıt