• Təqvim

  • Maraq



İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Birinci Qarabağ müharibəsi iştirakçısı Şaiq Göycəyevin anasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı veriblər


Vətənin azadlığını, torpaqlarımızın ərazi bütövlüyünü, ölkəmizin suverenliyini şirin canından üstün tutaraq, "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan, ölümün gözünə dik baxan igid oğullarımızın qəhrəmanlığını xalq olaraq heç zaman unutmuruq. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hər zaman şanlı tarix yazıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu isə torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ döyüşlərində iştirak edən qəhrəman oğullarımızdan biri də Göycəyev Şaiq Məmməd oğludur. 

İgid Vətən oğlunun anası Göycəyeva Şahniyar Əli qızı 20.02.2025-ci ildə vəfat edib. Bu gün mərhumun yeddi mərasimi olub.


Fevralın 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirovla birlikdə mərhumun hüzr mərasimində iştirak edib.

İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov mərhum Şahniyar Göycəyevanın vəfatından kədərləndiklərini bildirib, mərhumun övladına, yaxınlarına dərin hüznlə başsağlığı veriblər. “Özümə borc bildim ki, bu gün hüzr mərasimində iştirak edim”, - deyən rayon rəhbəri bütün qazilərin, müharibə iştirakçılarının onun üçün əziz və doğma olduğunu söyləyib. Onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.



Facebook-da paylaş