• Təqvim

  • Maraq



İcra başçısı ötən gün avtoqəza zamanı dünyasını dəyişən hərbçilərin ailələrini ziyarət edib


Xəbər verdiyimiz kimi, 27 noyabr 2024-cü il tarixdə Tovuz rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib. “VAZ”da olan 5 hərbçinin hamısı, digər avtomobildə olan mülki şəxs Elmar Həsənov hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də azyaşlının həyatını xilas etmək mümkün olmayıb. 

Avtoqəza zamanı dünyasını dəyişən hərbi qulluqçulardan 3 nəfəri – Alpout kəndinin igid oğlu Alıyev Qabil Qaybalı oğlu, Dəmirçilər kəndinin igid oğlu Mehdiyev Turan Cavad oğlu  Qazaxın igid oğlu Əliyev Bəhlul Aydın oğludur.  

Noyabrın 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə rayonun Alpout və Dəmirçilər kəndlərində olub, hərbçilərin ailələrini ziyarət edib.  

İcra başçısı Rəcəb Babaşov hərbçilərimizin vəfatından kədərləndiyini bildirib, bir daha mərhumların valideynlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib.

Alıyev Qabil Qaybalı oğlunun ailəsini ziyarət


Mehdiyev Turan Cavad oğlunun ailəsini ziyarət




Facebook-da paylaş