Qazaxda “Yaşıl dünyamızı zənginləşdirək” adlı tədbir keçirilib
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Sərəncamda vurğulandığı kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Mayın 21-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünyamızı zənginləşdirək” adlı tədbir keçirilib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev və sektorun əməkdaşları, Qazax rayonu üzrə ümumi təhsil məktəblərinin direktorları və Uşaq Birliyi Təşkilat rəhbərləri, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin nümayəndələri, S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin məzunları olmuş 44 günlük Vətən müharibəsinin şəhidləri Tural Məmmədovun, Elfak Daşdəmirovun, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Fərid Nəbiyevin valideynləri, KİV nümayəndələri iştirak ediblər.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin qarşısında mövzuya uyğun “Yaşıl dünyamızı zənginləşdirək” başlıqda banerlər yerləşdirilib. Xüsusi tərtibatla təşkil olunan məişət tullantılarından hazırlanmış əl işləri sərgiləri ətrafında məktəblilər şeirlər, müdrik kəlamlar söyləyiblər. Məktəblilərin rəsm əsərlərindən, əl işlərindən ibarət sərgilərin hər biri xüsusi bəzədilmiş masalarda nümayiş olunub. Zəngin milli mətbəximizin nümunələri düzülmüş masada iştirakçılar üçün çay dəstgahı təşkil olunub. Rayon rəhbərliyi əl işlərinə baxış keçirib, sərgilərlə tanış olublar. Sonra Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 1c, 2a, 2b, 3a sinifləri arasında “Ən yaşıl kabinet” müsabiqəsi təşkil olunub, qonaqlar sinif otaqlarına baxış keçiriblər.
Daha sonra tədbir məktəbin akt zalında davam etdirilib. Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünyamızı zənginləşdirək” adlı tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin suverenliyi, ərazi bütövlüyü, Vətənimizin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla birdəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı bildirib ki, Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi önəm verir. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair əsas məqsədlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmunundan xəbər verir. Həmin məqsədə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində çox mühüm işlər aparılır. Rayon rəhbəri qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınması sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirir. Məhz bu səbəbdən iştirakçıların sayına, səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iştirakçı ölkələrin qərarı ilə bu il Azərbaycanda keçiriləcək. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. İcra başçısı vurğulayıb ki, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Respublika Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə görə artıq ölkəmizin energetika sahəsində bir sıra vacib yeniliklər həyata keçirilir. Xüsusilə də sosial-iqtisadi inkişafın beş milli məqsədlərindən biri hesab olunan təmiz ətraf mühit və yaşıllıqların artırılmasına dair fəaliyyətlərə nəzər salınması fərqlənir. Həmin innovativ yanaşmalarla bağlı olan məsələlərə işğaldan azad olunmuş ərazilərdəki “Ağıllı şəhər”, “Ağıllı kənd” və digər layihələr aiddir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas məqsədlərindən biridir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Rayon rəhbəri 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” ilə, COP29-la bağlı müəyyən ixtisaslaşmalara nəzər salarkən burada təhsil sistemi ilə bağlı olan məsələlərin də əhatə olunduğunu söyləyib. Yaşıl enerji növlərinin yaradılması ilə bağlı müəyyən elmi, konseptual yanaşmaların sonrakı mərhələdə təhsil sistemində geniş şəkildə tətbiq oluna biləcəyini qeyd edib. “Yaşıl dünya naminə həmrəylik ili”nin və COP29-un ölkəmizdə keçirilməsinin bu ilə, bu fəslə dərin məzmun, geniş üfüq qazandıracağını bildirib. İcra başçısı ölkə Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı verilmiş Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Tədbirlər Planının təsdiq olunduğunu diqqətə çatdırıb. Bu il münasibətilə qəbul edilmiş Tədbirlər Planı çərçivəsində Qazax rayonunda Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, eləcə də digər idarə və müəssisələrin təşkilatçılığı ilə ümumilikdə 12 tədbir keçirildiyini vurğulayıb. Bundan əlavə, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Qazax rayonu ərazisində Qazax Rayon İcra Hakimiyyəti, Qazax bələdiyyəsi, Qazax şəhər Kommunal Müəssisələr Kombinatı, YAP Qazax Rayon Təşkilatı, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “AzRosPromİnvest” MMC, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən ümumilikdə, 10800 ədəd ağac əkildiyini, onlardan 9100 ədədin şam, 1600 ədədin göyrüş, 100 ədədin isə müxtəlif növ ağaclar olduğunu söyləyib. Həmçinin, 70 ədəd həmişəyaşıl kol, 550 ədəd müxtəlif növ ekzotik güllərin əkildiyini bildirib. Rayon rəhbəri qeyd edib ki, Tədbirlər Planının yüksək səviyyədə icra edilməsi bir daha Azərbaycan dövlətinin nüfuzunu beynəlxalq aləmdə tanıdacaqdır. İcra başçısı rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan məktəblilərin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar hazırladıqları əl işlərini, bu ilin yüksək səviyyədə qeyd olunması üçün göstərdikləri münasibəti yüksək qiymətləndirib. Məktəblilərə, müəllimlərə, əziyyəti keçən insanlara razılığını ifadə edib. “Ətraf mühiti qorumaq hər birimizin borcudur”, - deyən icra başçısı “Yaşıl dünya naminə həmrəylik ili”nin bu istiqamətdə hər bir vətəndaşın töhfə verməsi üçün mühüm rol oynayacağını bildirib, bu yolda hər kəsə uğurlar arzulayıb.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 8d sinif şagirdi Məhəmməd Budaqlının ifa etdiyi “Azərbaycanım” mahnısı ilə tədbirin bədii hissəsinə start verilib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 7a sinif şagirdlərinin Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” nağılı əsasında hazırladıqları kompazisiya, 7b sinif şagirdlərinin hazırladıqları “Ekoloji məhkəmə” adlı kompazisiya, məktəbin 7a sinif şagirdi Fidan Alızadənin, 6ç sinif şagirdi Banu Səmədlinin, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 8a sinif şagirdi Təhminə İsmayılovanın təqdimatında olan kompazisiya maraqla qarşılanıb.
Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 7-ci sinif şagirdi Kənan Zeynallının ifasında səslənən “Yenilməz batalyon”, Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin 8a sinif şagirdi Rəna Mancanzadənin ifasında səslənən “Azərbaycan” mahnısı, Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin 10a sinif şagirdi Məhəmməd Qaravəliyevin təqdim etdiyi saz havası və söylədiyi şeir töhfəsi tədbirə xoş ovqat qatıb.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 6ç sinif şagirdlərinin təqdimatında səslənən şair Eldar Nəsibli Sibirelin “Bura Qazaxdır, oğlum” şeiri, hazırladıqları kompazisiya və “Yaşa Azərbaycan” mahnısı tədbirə toplaşanlara xoş anlar yaşadıb.
Facebook-da paylaş