Qazax RİH-də vətəndaş qəbulu olub
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı onu göstərir ki, dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili hər sahədə öz əksini tapır. Ölkə rəhbəri tərəfindən səsləndirilən “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri bir daha onu sübut edir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Ən əsası da vətəndaş amili, vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuruna örnəkdir.
Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbərliyi tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.
Martın 29-da idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev Qazax şəhəri, Dəmirçilər, Daş Salahlı, Çaylı, kəndlərindən müraciət etmiş 7 nəfər vətəndaşı qəbul edib, müraciətlərini dinləyib. Vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etmələri bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıq verilib. Eyni zamanda, qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.
Facebook-da paylaş