• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Bir Azərbaycan vətəndaşı kimi fəxr edirəm ki, Sizin kimi rəhbərimiz var”


Elnur Hüseynovdan, 

Hörmətli cənab Prezident.

Siz dahi insanın və rəhbərin layiqli övladı olduğunu sübut edərək tarixdə öz izinizi qoydunuz. Siz 30 il düşmən tapdağı altında qalan torpaqları azad edən yeganə dövlət başçısı kimi tarixə düşdünüz.

Cənab Prezident, mən başda olmaqla, ailəm Sizi dəstəkləyir və qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayırıq.

Fürsətdən istifadə edərək Sizə və ailənizə uzun ömür, cansağlığı və xoşbəxtlik diləyirəm. Bir Azərbaycan vətəndaşı kimi fəxr edirəm ki, Sizin kimi rəhbərimiz var.

Allah Sizi və xalqımızı qorusun.

Yaşasın Azərbaycan xalqı!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Hüseynov Elnur.

Azərbaycan Respublikası, Qazax rayonu.

10 yanvar 2024-cü il

https://president.az/az/articles/view/63009



Facebook-da paylaş