• Təqvim

  • Maraq



Qazax RİH-də vətəndaş qəbulu olub


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı onu göstərir ki, dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili hər sahədə öz əksini tapır. Ölkə rəhbəri tərəfindən səsləndirilən “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri bir daha onu sübut edir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Ən əsası da vətəndaş amili, vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuruna nümunə olmalıdır.

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbərliyi tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Noyabrın 3-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçirilən növbəti vətəndaş qəbulunda 5 nəfər vətəndaşın müraciəti dinlənilib. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev öncə qəbul iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. M.Alıyev bu il xalqımızın Zəfər Gününü həm də Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində, “Heydər Əliyev İli”ndə böyük qürur hissi ilə qeyd etdiyini söyləyib. 15 oktyabr 2023-cü il tarixinin də xalqımızın yaddaşına qızıl hərflərlə yazıldığını qeyd edən birinci müavin həmin gün Müzəffər Ali Baş Komandanın Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltmasını hər bir azərbaycanlının minnətdarlıqla qarşıladığını bildirib. M.Alıyev bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlının Ali Baş Komandan İlham Əliyevlə, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edib, qürur duyduğunu, tarixi Zəfərimizə görə onlara borclu olduğumuzu qeyd edib. 

Sonra birinci müavini Qazax şəhəri, Kosalar, Orta Salahlı, Cəfərli kəndlərindən müraciət etmiş vətəndaşların müxtəlif məzmunlu müraciətini dinləyib, səslənən müraciətlər müvafiq olaraq cavablandırılıb.



Facebook-da paylaş